Məmməd Rauf:
O, Allahın bizə verdiyi canlı sözdür...
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dünəni-bu günü-sabahı, atamla mənim müəllimimiz, professor Cahangir Məmmədlini ailəmiz adından doğum günü münasibətilə ən içdən və intəhasız diləklərimlə təbrik edirəm. Məhz onun kafedrasında diplom müdafiəmdə son çıxışımda demişdim, dediyimin də üstündəyəm: "Hər oğul atasına oxşamaq istəyir, amma atasının müəllimlərindən dərs almaq da hər oğula qismət olmur. Xoşbəxtəm ki, atamın müəllimlərindən öyrəndim"...
Ustadın bu özəl gününü ürəkdən təbrik edirəm. Bu gün qələmin qələbəsi, sözün təntənəsidir... bu gün işığın sözə çevrilib könülləri aydınlatmağa başladığı gündür... bu gün onun öz günüdür... bu gün onu sevən tələbələrinin söz günüdür!
O, Allahın bizə verdiyi canlı sözdür... və Allah sözünün üstündədir!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.