Dünyanın bir nomrəlisi Cokoviç yarımfinalda mübarizəni dayandırıb
Melburnda (Avstraliya) tennis üzrə keçirilən və "Böyük Dəbilqə" seriyasından olan "Australian Open-2024" artıq sona yaxınlaşır. Bu gün turnirdə ilk yarımfinal oyunu keçirilib. Oyunda dünyanın bir nömrəli raketka ustası olan serbiyalı Novak Cokoviçlə italiyalı gənc tennisçi, dünya reytinq cədvəlində dördüncü yeri tutan Yannik Sinner qarşılaşıb. Qarsilasma 22 yaşlı Sinnerin qələbəsi ilə bitib - 6:2, 6:2, 6:7 (6:8), 6:3. Bununla da 2018-ci ildən bəri "Australian Open"də uduzmayan Cokoviç bu turnirdə ardıcıl 33 qələbədən sonra ilk dəfə məqlubiyyətlə üzləşəib. Qeyd edək ki, bəlli turnirdə Cokoviçin qələbə seriyasını dayandıran Sinner, həm də 2023-cu ilin sonunda Londonda keçirilən və mövsümün yekun turniri adlanan "Uimbldon-2023"ün yarımfinalında üzləşdiyi məğlubiyyətin əvəzini çıxıb.
"Mən bu gün yaxşı oyun göstərən Sinneri təbrik etmək istəyirəm. O, məni məğlubiyyətə uqradaraq bu qələbəni haqq etdi. Mən bu gün belə zəif oyun nümayiş etdirdiyimə görə hələ də şokdayam. Etiraf edim ki, mən "Böyük Dəbilqə" turnirlərində ən zəif oyunlarımdan birini keçirdim"- Cokoviç bəlli oyundan sonra belə deyib.
"Bu olduqca çətin bir matç oldu. İlk iki setdə Novakin özünü pis hiss etdiyini gördüm. Üçüncü setdə şansı əldən verdim. Dərhal da anladım ki, dördüncü seti mütləq udmaliyam. Məni dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bu gün burada həqiqətən də başqa atmosfer var idi. Açığı deyim ki, 2023-cu ilin yekun turnirinin finalında Cokoviçə məğlub olandan sonra, revanş üçün məqam gözləyirdim. Odur ki, özümü bu oyuna xüsusi olaraq hazırlanmışdım"- Sinner deyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.