Hümbət Quliyev:
Sadəlövhlüyüm haqqında
(esse)
İnsan evdə olan qüsurlu uşağı diğərlərindən daha çox sevir, əziyyətlərinə baxmayaraq.
Bəlkə elə əziyyətlərinə rəğmən çox sevir.
Mənim də öz xüsusiyyətlərimin içərisində ən qüsurlu saydığım sadəlövhlüyümdür. Sadəlövhlüyümün yaratdığı obyektiv çətinliklərə baxmayaraq, onu digər xüsusiyyətlərimdən üstün tuturam.
Məntiqə və reallığa baxmayaraq, məhz sadəlövhlüyümə görə, hələ də çoxlarına inanmaqda davam edirəm. Məni həyatda yaşadan da elə bu inamımdır.
Sizlərin də mənə qarşı sadəlövhlüyünüzə çox ümüdliyəm.
Əğər ümidlərini doğrulda bilmədiyim insanlar varsa, sadəlövhcəsinə mənə yenə də şans vermələrini xahiş edirəm.
Sadəlövhcəsinə, qarşılıqlı olaraq inanaq ki, ömür uzundur və bir-birimizin ümüdlərini doğrultmağa hələ vaxtımız və imkanlarımız olacaq.
Bir-birimizə sadəlövhcəsinə inanmaqda davam edək. Bu sadəlövh inamımızdan tutub bir yerdə olaq. Düşmənlərimiz də sadəlövhlükdən bir yerdə olduğumuzu uzaqdan sarsılmaz birlik kimi görüb bizdən çəkinsinlər.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.