ARAF-nın hesabat-seçki konfransı keçirilib
DSX-nin rəisi Elçin Quliyev yenidən ARAF-in prezidenti seçilib
Yanvarın 24-də Azərbaycan Respublikasının Atçılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib. Toplantıda adıçəkilən qurumun prezidenti Elçin Quliyev (Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik), Gənclər və İdman Naziri Fərid Qayıbov, nazirin müavini Mariana Vasilyeva və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.
Toplantı qurumun baş katibi Bəhruz Nəbiyevin ilin yekunları ilə bağlı etdiyi hesabat məruzəsi ilə başlayıb. O, ilboyu ölkə ərazisində keçirilən tədbirlər və idmançılarımızın beynəlxalq turnirlərdəki iştiraklarından, eləcə də qazandıqları nailiyyətlərdən danışıb. Onun ardından isə il ərzində əldə olunan nailiyyətlərə əsasən müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib və müvafiq mükafatlarla təltif olunublar. Qalibləri E.Quliyev, F.Qayibov və Ç. Hüseynzadə təltif edib.
Daha sonra ARAF rəhbərliyində yeni heyətin seçkisi keçirilib. DSX-nin rəisi növbəti seçkiyə qədər yenidən ARAF-in prezidenti seçilib. O, yeni prezident qismində çıxış edərək, ilk öncə ona etimad göstərən hər kəsə təşəkkür edib. Sonda isə gələcəkdə görüləcək işlərdən və qurumun qarşıya qoyduğu hədəflərdən danışıb.
Tədbirin sonunda F. Qayobovla Ç. Hüseynzadə ARAF-in yeni rəhbər heyətinə uqurlar arzulayıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.