Neftçalada Qara Yanvar
Bu gün Sovet ordusunun 20 yanvardan sonra yanvarın 25-də Neftçalada törətdiyi qırğından 34 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun bilavasitə əmri ilə Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və XİN-in hərbi hissələri SSRİ-nin daxili işlər orqanları Bakıya və Azərbaycanın bir sıra rayonlarına gətirildi, ağır texnika və müxtəlif növ silahlardan istifadə etməklə dinc əhaliyə qarşı qırğınlar həyata keçirildi. Bakının sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların böyük kontingenti tərəfindən tutulması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət olundu. Əhaliyə fövqəladə vəziyyət elan olunana qədər hərbi qulluqçular amansızlıqla 82 nəfəri qətlə yetirmiş, 20 nəfər ölümcül yaralanmışdır. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə daha 8 nəfər - yanvarın 25-də Neftçalada, yanvarın 26-da isə Lənkəranda həlak olub. Sovet tankları Neftçalaya yanvarın 25-i daxil oldu. Həmin günün ikinci yarısında ordu hissələri rayonun mərkəzinə yetişdilər. Sovet əsgərləri heç nəyə əhəmiyyət vermirdilər. Onlar azadlıqları uğrunda mübarizəyə qalxan əliyalın insanlara atəş açır, gülləbaran edirdilər.
Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərmiş və dövlət müstəqilliyinin bərpasında dönüş nöqtəsi olmuşdur. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tamamilə siyasi reallığa çevrildi və dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.