Azərbaycan cüdoçuları Odivelas Qran-Prisinə qatılacaqlar
Yanvarın 26-da Portuqaliyanın Odivelas şəhərində kişi və qadın cüdoçular arasında reytinq xarakterli Qran-Pri keçiriləcək. Üç gün keçiriləcəyi nəzərdə tutulan və Azərbaycan da daxil olmaqla 93 ölkədən 660 tatami ustasının mübarizə aparacağı turnirdə ölkəmiz beşi qadın olmaqla 16 cüdoçu ilə təmsil olunacaq.
ACF-dan verilən məlumata görə, baş məşqçisi Rəşad Məmmədov və məşqçisi Elnur İsmayılov olan qadın yığmamızın heyətində Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədeliyeva ( hər ikisi 52 kq), Fidan Əlizadə və Aceliya Toprak (hər ikisi 57 kq) yer alıb.
Baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Elçin İsmayılov olan kişi yığmamız isə bəlli turnirə Balabəy Aqayev, Tutan Bayramov ( hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov ( hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Qasımov (hər ikisi 73 kq), Zəlim Tskayev, Səid Mollai (hər ikisi 81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşanqi Kokuaridən (+100 kq) ibarət heyətlə qatılacaq.
Yeri gəlmişkən, turnirdə hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar aktivlərinə müvafiq olaraq 700, 490 və 350 reytinq xalı yazdıracaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.