Zahid Sarıtorpaq:
Qarşıdakı uçurumun dibi görünmür...
Əksəriyyətinin cibində bıçaq, dodağında meyxana, əlində təsbeh var... və beyinlərində ilan-qurbağa hökm sürür... Adam dəhşətə gəlir. Yolları haradır, görən? Necə olacaq bu yeniyetmələr?.. Belə getsə, heç nə... Qarşıdakı uçurumun dibi görünmür...
P.S. Gəncədə bıçaqlanıb öldürülən məktəblinin faciəsi təkcə aidiyyəti qurumlara deyil, bütün millətə dərs olmalıdır.
Şərhlərdən:
Ədalət Fətəli:
Valideyn nəzarəti olan,ziyalı (əsl) ailələrin tərbiyəsini görmüş yeniyetmələr belə hərəkətlər etməz.Hər bir uşaq,öz ailəsinin,valideynlərinin güzgüsüdür.
P.S.TV-lərdə gedən meyxanalarda tüfeyli,kriminal adamların çıxış etməsi, bu sahədə daha çox təbliği yığışdırılmasa,daha pis hadisələrlə üzləşəcəyik!
Mirzəcan Ağabalayev:
Dəhşətdi. Adam dərindən fikirləşəndə dəli olur. Doğrudan, hara gedirik ?!
Fuad Piriyev:
Orta MƏKTƏBLƏRDƏ kişi müəllimlər yenidən təhsilə cəlb olunmasalar , belə hallar hələ getdikcə artacaq.
Yaponiyada dövlət qanunudur ki , bir məktəbdə müəllimlərin 75%-i mütləq kişi müəllim olmalıdır. Və Yaponlar bunu onunla izzah edirlər ki , kişi müəllim olmayanda təlim, tərbiyə , tədris zəif olur.
Bizdə elə məktəblər var ki , heç ümumiyyətlə kişi müəllim belə yoxdur.
Cəlal Alməmmədov:
Xalq yazıçıları, böyük mütəfəkkirlər Baləli və Pərviz Bülbüləlinin əsərlərini oxuyandan sonra,gənclərimiz mərəzzəşməyə başlayıblar.
Yaxın gələcəkdə əməkdar incəsənət xadimi Orxan Lökbatanlın citra Xuda əsəri çapdan çıxacaq,ümid edək ki,gənclərimiz bu əsəri oxuyub xoşbəxt həyata qovuşmaq uğrunda, dombalaq asmağa davam edəcəklər.
Qabil Nəbi:
Məktəblərdə şagirdlərə "gözün üstdə qaşın var" deməyə icazə verilmir müəllimlərə. Tərbiyə təlimdən uzaqlaşdıqca vəziyyət xarablaşır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.