Şəhriyar Məcidzadə:
Oxucu obrazı
Bu gün həm dostlarla, həm də oxucularımızla görüşmək üçün Bərdəyə getmişdim. Asimlə də görüşdük. O, həm xətrini istədiyim yaxın dostlardandır, həm də Kitabıstanın ciddi oxucularından.
Söhbət əsnasında Asim dedi ki, təzə kitablarınızdan almaq istəyirəm. Dedim ki, üstümdə var, hədiyyə edirəm. Qayıdasan ki, yox, pis bir vərdişim var, pul verib almadığım kitabı sonra oxumuram. Gülə-gülə dedim ki, Asim, bunu yazacağam. Çünki burada ibrətlik söhbət var. Odur ki, icazəsini də almışam, yazıram.
Diqqət etmişəm, doğrudan da insanlar pul verib almadığı kitabı sonra oxumurlar. Bu niyə belədir, bilmirəm. Amma pul verib aldıqları kitabları oxuyurlar. Bu söhbətdən yola çıxaraq deyə bilərəm ki, hər alınan kitab yeni kitabın çap edilməsi üçün yatırımdır, yaxşı, faydalı vərdişdir. İnsanlar zərərli, mənasız, sonra istifadə etməyəcəyi, bəlkə də həyatı boyu heç vaxt gərəkli olmayacaq şeylərə pul xərclədikləri kimi kitaba pul xərcləməyi də öyrənməli, vərdiş etməlidilər. Aristotel deyirdi ki, vərdişlərinizi dəyişsəniz, taleyinizi dəyişərsiniz. Taleyimizi dəyişməyə ciddi kitabları alıb oxumaq, oxutmaqla başlamaq əla olardı. Çünki kitab ömürlük yatırımdır. Alırsan, oxuyursan, kitabxanana qoyursan, övladların, qohum-əqraban da həmin kitabdan yararlana bilir. Üstəlik, bu kitab M.Ə.Rəsulzadənin bütün əsas fikirlərinin yer aldığı kitabdırsa, bunun həm milli, həm mənəvi faydası daha çoxdur. Hər bir azərbaycanlının evində Rəsulzadə kitabları bütün kitabların başında olmalıdır.
Ciddi oxucu belə düşünər, oxucu obrazı belə olar. Belə düşünən dostlarımın olması ilə fəxr edirəm. Adama işləmək üçün stimul verirlər. Alqışlayıram belə addımı!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.