Hümbət Quliyev:
Sevmək haqqında
(esse)
Hər bir insan, xüsusən də qadınlar sevilməyi arzulayırlar. Çox təbii hissdir. Razılaşaq ki, bu passiv bir prosesdir və gözləmək tələb edir.
Buna “ağ atlı” oğlanı gözləmə kompleksi də deyilir. Gözləntilər də böyük olduğundan insanlar təəssüf hissinin içində, çox vaxt da tək yaşayırlar.
Bu situasiyadan yeganə çıxış yolu insanın özünün sevməyidir. Kimi?
Bu çox da prinsipial məsələ deyil. Orta parametrli bir insan götürüb onu sidq ürəkdən sevmək lazımdır. Burada əsas məsələ seçdiyiniz insanı daha heç kimlə müqayisə etməməkdir, çünki istənilən müqayisə sevgini öldürür.
Yanaşma sadədir, ideal insanın olmadığını bir aksioma kimi qəbul edirsiniz və seçdiyiniz insanın müsbət keyfiyyətlərini qabardıb onun mənfi keyfiyyətlərinə dözümlü yanaşırsınız.
Tariximizə boylanın, toy günü tanış olan nənə və babalarımız bir- birinə sidq ürəklə bağlanıblar, bir- birini heç kimlə müqayisə etmədən seviblər və xoşbəxt olublar..
Xoşbəxt olmağın yolu sevilməkdən deyil, sevməkdən keçir. Qarşı insan da bu sevginin qarşılığını mütləq verməyə çalışacaq, hətta bir az gec olsa da.
Birisini götürün, sevin, xoşbəxt olun.
Xoşbəxtlik almaq deyil, xoşbəxtlik verməkdir.
Hamıya xoşbəxtliklər.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.