17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Hümbət Quliyev: Gecə zəngi

1 il əvvəl 382 01

Hümbət Quliyev:

Gecə zəngi

(novella)

Şölə anası ilə ikiotaqlı evdə qalırdı. Anası tezdən durduğundan, tez də yatırdı. O, öz otağına daxil olanda, ilk olaraq divardakı saata baxdı, artıq gecə saat birə işləmişdi. Bu vaxt küçədən təcili yardım maşınının səsi eşidildi, küçədən keçən bir dəstə gənc ucadan güldülər. Şöləyə birdən elə gəldi ki, bütün bunlar: onun saata baxması, təcili yardımın səsi, gənclərin gülüşü artıq nə vaxtsa olmuş və o, təkrar olanları yaşayırdı. Bu halın “dejavu” adlandırıldığını da bilirdi. Bu fransız ifadəsini xoşlamışdı da: Nə vaxtsa olmuş hadisəni təkrar yaşamaq…

O, niyəsə ev telefonuna baxdı, onda elə təsəvvür yarandı ki, dejavunun tam olması üçün telefon zəngi də səslənməli idi. O, düşüncələrinin ardınca getmək istəyirdi ki, günlərlə səsi çıxmayan telefon zəng çaldı. Bu inanılmaz idi, amma qonşu otaqda yatan anasını düşünüb telefonun dəstəyini tez götürdü.

- Allo

- Bəli, buyurun, kimdir zəng edən?

- Xanım, ilk olaraq gec zəng etdiyimə görə çox üzr istəyirəm, mən sizə Amerikadan zəng edirəm, vaxt fərqini düzgün hesablaya bilməmişəm, elə indi anladım…

- Bağışlayın, siz kimsiniz və nə səbəbə bura zəng etmisiniz?

- Xanım, niyyətim yaxşıdır, amma məni dinləməyə səbirli olmanızı sizdən təvəqqe edirəm.

Mənim əslim Azərbaycandandır, keçən əsrin ortalarında alim valideynlərim bura elmi məzuniyyətə dəvət olunublar, sonra Sovet deyilən ölkə dağılıb, valideynlərim burada qalıblar, hal-hazırda Nyu- Jersidə yaşayırlar. Mən də onların yolu ilə getmişəm, Kaliforniyada yerləşən İnsan Beyninin Fiziologiyası İnstitutunun aparıcı əməkdaşıyam. Mənim müəllimim professor Xebbian böyük bir nəzəriyyənin əsasını qoyub. O sübut etdi ki, bir yerdə qıcıqlanan beyin neyronları arasında yeni əlaqələr yaranır. İnsan gələcəyi və ya hər hansısa arzusunu düşünəndə onun beynində yeni neyron əlaqələri yaranır və ən vacibi bu əlaqələr yeni reallıqlar yaradır. Beyin üçün fərqi yoxdur, siz hansısa hadisəni düşünmüsünüz və ya həmin hadisə reallıqda var. Məsələn siz limon haqda düşünsəniz beyniniz limonu təfəkkürünüzdə olduğu kimi yarada bilir, siz hətta beyninizdə virtual olan limonun turş dadını ağzınızda real hiss də edə bilirsiniz. Bu fenomendən vizualizasiya deyilən praktik istiqamət yarandı. İnsanlar istənilən arzuları ilə bağlı dəqiq yol xəritələri cızıb reallıqda çox şeylər əldə etdilər. Yol xəritəsində bütün xırdalıqlar, qarşıya çıxa bilən maneələr belə əks olunmalıdır. Prosesə nə qədər çox neyron cəlb edilsə, effekt o qədər güclü olur. Belə olduqda bütün beyin və beyinlə rezonans əlaqədə olan bütün kainat sizin arzunuzun reallaşması üçün çalışır.

- Siz bütün bunları mənə niyə danışırsınız?

- Mən azacıq da səbir etmənizi xahiş edirəm, fikrimin məğzinə çatıram.

Siz “ kəpənək effekti” deyilən fenomen haqda oxumusunuz yəqin ki. Kəpənək qanad çalanda əmələ gələn hava titrəməsi bütün kainatda, hətta həmən kəpənəkdən milyardlarla işıq ili məsafəsində həmən an titrəyiş yaradır. Bizim ağzımızdan çıxan istənilən söz bütün kainatda əks olunur, kainat mürəkkəbliyində olan, milyardlarla sinir çıxıntılarını bir- birilə birləşdirən beyin sinapslarımız buna reaksiya verir. İnsanın pis sözü, ya pis fikri onun özünü bədbəxt edə bilir və əksinə yaxşı sözü, yaxşı fikri onu xoşbəxt edə bilər. Biz öz beynimizlə çox ehtiyatla davranmalıyıq, çünki uğurumuzun da, uğursuzluğumuzun da kökü özümüzdədir.

Mən artıq çox illərdir ki, müəllimimin ideyalarının populyarlaşdırılması ilə məşğulam. Onlarla kitab yazmışam, kitablarım dünyanın altmışdan çox dilinə tərcümə olunub. Mən şəxsən özüm çox böyük maddi dəyərlər vizuallaşdırmışam. Atlantik okeanın sahilində böyük villam, çoxlu raritet maşınlarım, banklarda çoxrəqəmli hesablarım var.

- Və?

- Vaxtınızı aldığıma görə üzr istəyirəm, nəhayət əsas fikrim. Mən düşündüm ki, əgər maddi dəyərləri vizuallaşdıra bilirəmsə, arzuladığım insanı da vizuallaşdıra bilərəm. Altı ay qabaq mən evlənməyə qərar verdim, artıq 34 yaşım var. Evlənmək istədiyim xanım haqda dəqiq yol xəritəsi çəkdim. Əvvəla istədim ki, həmən xanım azərbaycanlı olsun, bu həm də mənim valideynlərimin arzusudur, yerli amerikalı xanımların ailə haqda düşüncələrini bəyənmirəm, mən hər iki valideynin olduğu ənənəvi ailəni arzulayıram.

Bu gün mən nəhayət kitabxanamda olan, yaddaşı belə olmayan telefondan fikrimə gələn telefon nömrələri yığıb sizə düşmüşəm.

Sizin 29 yaşınız var, siz bəstəboy, qara saçlı bir xanımsınız. Siz güləndə yanağınızda çökək yaranır. Bunu mən arzulamışam. Sizin çox parametrlərinizi sadalaya bilərəm və hamısı üst- üstə düşəcək.Dediklərim doğrudur?

- Bu, bunlar təsadüf də ola bilər. Siz mənim haqda necəsə məlumat toplamısınız?

- Xanım, inanın ki, yox. Mən xəyalımda sizinlə hər səhər okeana qaçmışam, sizinlə hər gün velosiped sürmüşəm. Mən sizin necə güldüyünüzü də eşitmişəm.

- Bütün bunlarla siz nə demək istəyirsiniz?

- Mən sizə evlilik təklif edirəm.

- Siz öz ağlınızdasınız?

Yaxşı, maddiyyatla bağlı nəsə düşünə bilərsiniz, amma mən canlı insanam, öz arzularım, öz istəklərim ola bilər.

Mənim seçimim də başqa ola bilər!

- Xanım, bizi kainat seçib. Biz bir-birimizin qismətiyik. Biz mütləq xoşbəxt olacağıq, bunun üçün mən əlimdən gələni edəcəyəm.

- Yox,məni inandıra bilmədiniz və mən telefonun dəstəyini yerinə qoyuram.

- Çox xahiş edirəm, bunu etməyin. Mən təkrar sizə düşməyə də bilərəm, mən təkrar sizi bu kainatda necə tapım? Mən sizi tapmışam və qəti itirmək istəmirəm.

Mən sizi anlayıram, telefonunuzu mənə verin, yenə danışaq, ünsiyyət quraq. İstəsəniz bizə valideynlərinizlə də qonaq gələ bilərsiniz, sizi qarşılamağa hər cür şəraitim var. Mənə şans verin, xahiş edirəm!

- Əgər nəzəriyyəniz düzdürsə, bir-birimizin qismətində varıqsa, siz məni yenə tapacaqsınız. Bunu deyib Şölə terefonun dəstəyini yerinə qoydu. Əvvəl dəstəkdən əlini çəkmədi. Öz qətiyyətinə təəccübləndi də, belə sərtlik ona xas deyildi. Qonşu otaqdan anasının səsi gəldi:- qızım, kim idi zəng edən?

- Heç ana, narahat olma, telefonu səhv salmışdılar…

Küçədən əl-ayaq yığışmışdı, sakitçilik idi. O, üz əzələlərini sıxıb sol şəhadət barmağını yanağında əmələ gələn çökəyə qoydu. Son dəfə telefona baxıb oturduğu əlil arabasını yatağı istiqamətində sürdü…

Hümbət Həsənoğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

John Doe 5 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Rənglərlə danışan incəsənət qəhrəmanı

Rənglərlə danışan incəsənət qəhrəmanı

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

John Doe 1 həftə əvvəl

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com