Qadın voleybolçular sabah 10-cu tura başlayacaqlar
Qadın voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sabah sayca 10-cu olan növbəti turun oyunlarına start veriləcək. Oyunlar 23 və 25 yanvar günlərində keçiriləcək. Turun ilk günü. yəni yanvarın 23-də Bakı Voleybol Mərkəzində “Murov Az Terminal” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu görüş saat 17:00-da start götürəcək.
Turun həmin günə nəzərdə tutulan digər matçında isə “Milli Aviasiya Akademiyası” ilə UNEC komandası qatşılaşacaq. Bu oyun isə saat 18:00-da “UNEC” VK-nın idman zalında başlanacaq.
Tura yanvarın 25-də “Abşeron” - “AZERRAIL” matçı ilə yekun vurulacaq. Bakı Voleybol Mərkəzində təşkil olunacaq oyun saat 18:00-da başlanacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, bu qarşılaşma ilə Yüksək Liqada 2-ci dövrəyə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.