Qadın boksçularımız 2024-ə 7 medalla başlayıblar
Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən və Azərbaycan boksçularının da iştirak etdiyi Millətlər kubokuna yekun vurulub. Qed edək ki, 2024-cü ilin ilk beynəlxalq yarışı Azərbaycan yığması üçün uğurlu olub. ABF-dan (Azərbaycan Boks Federasiyası) verilən məlumata görə, məşqçi İlkin Ağayevin rəhbərliyi altında turnirə 8 (5 qadın, 2 gənc və 1 yeniyetmə) boksçu ilə qatılan komandamız vətənə 3-ü qızıl, 1-i gümüş və 3-ü bürünc əyarlı olmaqla 7 medalla dönüb.
Qızıl medalları yeniyetmələr arasında çıxış edən Banuçiçək Nəsirli (46 kq) və gənc boksçular Aynur Mikayılova (54 kq) ilə Emili Rzayeva (63 kq) qazanıb. Onlar həlledici final döyüşündə müvafiq olaraq, Ema Andela Zaja (Xorvatiya), Yekaterina Kornilova və Kira Leonovanı (hər ikisi Rusiya) məğlub ediblər.
Komandandamızın aktivinə yazılan yeganə gümüş medal böyüklərin yarışında rinqə çıxan Aynur Rzayevanın (81 kq) payına düşüb. Təmsilçimiz həlledici görüşdə xorvatiyalı Lusiya Bilobrka uduzaraq, ikinci yerlə kifayətlənib.
Bürünc medalları isə çıxışını 3-cü yedə başa vuran qadın boksçularımızdan Marjona Savriyeva (50 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) qazanıb. Turniə qatılan boksçularımızdan yalnız 54 kq-da çıxış edən Zeynəb Rəhimova mübarizəni medalsız başa vurub.
Yığmamız bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub. Gənc boksçumuz Emili Rzayeva çempion olmaqla yanaşı, həm də öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.
Yeri gəlmişkən, Millətlər kubokunda Azərbaycan da daxil olmaqla, 10 ölkədən 102 boksçu mübarizə aparıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.