17 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib

Kreml Zelenskini yenidən Moskvaya dəvət edir

Kreml Zelenskini yenidən Moskvaya dəvət edir

ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının rəhbəri Bakıda investisiya imkanlarını müzakirə edib

ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının rəhbəri Bakıda investisiya imkanlarını müzakirə edib

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Hüseyn Əfəndi: TANK

2 il əvvəl 659 01

Hüseyn Əfəndi:
T A N K

Dul qadın kimiydi kənd - hər səsə diksinirdi. Canından qorxmurdu, oğullarına binamus deyiləcəyindən qorxurdu...
Gecə göydən gəlmirdi, uzaqdakı dağın ətəyindən gəlirdi, gələ-gələ böyüyüb qaralırdı. Bütün işıqları və səsləri canına çəkirdi. Hamı elə bilirdi ki, dünyanın axırı yaxınlaşır. Bunu bildiklərindən bütün olanlara barmaqarası baxıb, köks ötürürdü... Bir azdan pırıl-pırıl ulduzlar doğulacaqdı. Düzdü, o ulduzlar gecənin qaranlığından çox az şeyi dəyişəcəkdi, amma hər halda başını yuxarı qaldıran hər kəs biləcəkdi ki, Allah var və bu nizam – işığıyla, qaranlığıyla, bəlasıyla, sevinciylə onundur...
Mağarın qırağını açmışdılar, camaat dörd tərəfi hasarlayıb oynayanlara tamaşaya durmuşdu. İndi postdan qayıdanlar rəqs eləyirdi. Bir azdan bəylə gəlin ortaya gətirilməliydi. Əsgərlər meydanı tərk eləmək istəmirdilər. Yeyib-içmişdilər, doymuşdular, indi də sümüklərindən səngərin rütubətini, soyuğunu çıxarırdılar. Avtomatlarını musiqiçilərin qabağındakı böyük stolun ayağında çarpazlamışdılar. “Tərəkəmə”dən “Helliyoza”ya, ondan da “Lambada”ya oxşar bir havaya keçmişdilər. Heç kəs onların xətrinə dəymək istəmirdi. Amma ayrı dəliqanlıları da vardı bu kəndin. Onlar cilov gəmirsələr də, ağsaqqallardan keçə bilmirdilər.
Handan-hana Ağamalı kişi irəli durdu və əvvəl çalğıçılara işarə elədi ki, dayansınlar, sonra ortada duruxub qalmış əsgərlərə üzünü tutdu:
- A bala, indicə işığı söndürəcəklər, saat 12-yə qədər danışmışıq, qoyun, gəlini də bəylə oynadaq, sonra baxarıq, vaxt qalsa, yenə meydan sizindir.
İncəvara söz əsgərlərə çatdı, cəngsiz-cidasız avtomatlarını götürüb camaatın arasına qarışdılar.
Gəlin başını yuxarı qaldırmırdı. Bəy də sıxılıb oynayırdı. Bəlkə birinci dəfəydi bu qədər belə yanaşı dururdular. Özü də bu qədər adamın arasında. Gəlinin qollarından yapışıb yuxarı qaldırırdılar ki, oynasın. Amma onunku oynamaq deyildi, eləcə “Gəlin oynayanda bərəkət olar” sözünə qüvvət vermək üçün fırlanırdı...
“Vağzalı”nın sədası mağarın yuxarısındakı böyük lampanı titrədirdi.
İşıqların sönməyi ilə çalğıçıların susmağı və qaraqışqırıq içində guruldayan motorun səsiylə tırtılların harayı eyni vaxta düşdü. Əvvəl heç kim heç nə anlamadı, ermənicə söyüş hamını ayıltdı. Qadınlar və uşaqlar həyətin künc-bucağına çəkildi.
Tankın solğun işığı meydanın ortasında qoşa ağac kimi bitmış bəylə gəlinin üstünə tuşlanmışdı, daha solğun parçaları isə qohum-əqrəbanın kölgələrini oynadırdı. İşıq aşağıdan gəldiyi üçün kölgələr mağarın tavanına qədər uzanıb gedirdi.
- Gic musurman, ilin-günün bu vaxtında toy eləyirsiz, amma qonşuları çağırmırsız. Görürsüz, özümüz gəlmişik - bunu tankın içindən çıxıb qapağının üstündə dayanan dolu və yaşlı erməni dedi, gözünü hərləyib Ağamalı kişini tapdı:
- Ağamalı, ara, nə qadar toyunuza gəlmişik, nə qadar toyumuza gəlmisiz. Heç ayıb döyülmü, oğlunu evləndirəsən, bizi çağırmayasan.
Camaatın elə bil bir az eynəsi avazıdı. Ağamalı kişi irəli durub nəsə demək istədi. Bəlkə deyəcəkdi ki, düşün, qonağımız olun, müharibə öz yerində, adamlıq öz yerində. Amma həmin erməni ki qapağın üstündə dayanmışdı və onu bu kənddə çoxları tanıyırdı, ucadan və adamın sümüyünü buza döndərə bilən bir tərzdə şaqqanaq çəkib güldü. Gülüşü sona çatmamış avtomatın səsi gəldi və Ağamalı kişi üzü üstə - bəylə gəlinin qənşərində yerə sərildi. Bəy atasının qolundan yapışıb üzünü yuxarı çevirdi və hamı gördü ki, Ağamalı kişi canını tapşırıb. Bəy qalxıb tanka ayaqlandı. Avtomat ikinci dəfə çığırdı. Bəy düz tırtılların altına yıxıldı. Gəlin durduğu yerdə əvvəl ikiqat oldu, sonra dördqat, yeddiqat oldu və küləyin oynatdığı kəlağayı kimi burulub yerə çökdü. Camaatın əksəriyyəti yoxa çıxmışdı. Meydanda qalan qohum-əqrəba isə irəli durmaq hayında deyildi.
Yaşlı erməni tankın üstündən düşdü, onun yerini bir başqa pəzəvəng tutdu. Meydanı dolaşıb pis bir söyüş söyəndən sonra üzünü tanka tutub ermənicə nəsə dedi, tankın içindən ona hay verib yenə özlərinə məxsus tərzdə güldülər. Sonra bir neçəsi də gəlib gəlini yerdən qaldırdı və tankın içinə apardılar. Qapağı örtməmişdən əvvəl vidalaşdılar: “Toyunuz mübarək olsun, bəylər!” Tank yerində gərdiş eləyib fırlandı və sürətlə həyətdən çıxdı.
Sonra da işıqlar yanmadı.
Mağarın içində arvadlar yalquzaq kimi dolaşırdı. Əliyalın kişilər Allaha yalvarırdılar ki, işıqlar bir də heç vaxt yanmasın, səhər açılmasın, ya da elə bu gecə bu kəndin ortasında onların sayı qədər yer ayrılsın. Amma səhər açılacaqdı, yer ayrılmayacaqdı və həmən kişilər həmən arvadların qolundan yapışıb bu sahibsiz, bu yiyəsiz yurddan baş götürüb qaçacaqdılar. Düzdü, ürəklərində nə danışdıqlarını hərdən Allaha deyəcəkdilər, amma cavab almayacaqdılar, sanki buna haqları olmayacaqdı... Bunların hamısı sonra baş verəcəkdi, hələliksə gecə qurtarmamışdı və mağar boşalmamışdı.
Gün günortanın yerindəydi. Ağacların, otların üstünə yamyaşıl işıq çilənmişdi. Ağacların yarpaqları arasında meyvələr sozala-sozala ömrünü yaşayırdı. Kəpənəklər və arılar otlara nəğmə oxuyurdu. Kənd evlərinin uçuq damları, kor pəncərələri günəşlə dərdləşirdi.
Kənddə adam qalmamışdı və kəndin bundan sonra itirəcəyi bir şeyi yoxdu. Qəbiristanlıq yerləşən təpədə indi erməni əsgərləri post qurmuşdular. Cındırından cin ürkən bir gəlin cırıq qaloşlarını sürüyə-sürüyə özündən ağır səhəngi çiyninə alıb, posta doğru qalxırdı.
Yolun ortasında nəfəsini dərmək üçün dayandı. Geri çevrilib kəndə baxdı. Amma o bu kəndi tanıya bilmirdi. Əlini qaldırıb qaşlarının üstünə qoymuşdu, gözlərini də qıymışdı. Elə bil soruşmaq istəyirdi: “Haradı bura, Allah?”
Amma soruşa bilmədi, çünki yuxarıda onu çağırırdılar: “Harda batdın, a haxçı?”
Hüseyn Əfəndi

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

John Doe 1 saat əvvəl

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

John Doe 1 gün əvvəl

"Ata və Babalarımızın Sərgisi" uğurla baş tutdu +FOTO=57

"Ata və Babalarımızın Sərgisi" uğurla baş tutdu +FOTO=57

John Doe 1 gün əvvəl

Aşıq Kərəm İncəlinin irsinin qorunması istiqamətində mühüm addım

Aşıq Kərəm İncəlinin irsinin qorunması istiqamətində mühüm addım

John Doe 4 gün əvvəl

Hindistanın səfiri xüsusi tədbirdə iştirak edib +VİDEO

Hindistanın səfiri xüsusi tədbirdə iştirak edib +VİDEO

John Doe 6 gün əvvəl

В Азербайджанской государственной детской филармонии состоялся музыкально-поэтический концерт «В гостях у Сказки»

В Азербайджанской государственной детской филармонии состоялся музыкально-поэтический концерт «В гостях у Сказки»

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
• Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi}

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

7 iyun 2026 14:32:51
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com