Yunan-Roma güləşi üzrə yığmamız Xorvatiyada TMT davam etdirir
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığmamız ötən il olduğu kimi, yenə də Xorvatiyanın Poreç şəhərində bir neçə komandanın iştirakıyla keçirilən toplanışa qatılıb.
Qeyd edək ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında keçirilən bu təlim-məşq toplaşına tanınmış güləşçilərdən Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (130 kq) cəlb edilib. Təəssüflər olsun ki, yığmanın üzvlərindən ikisi - Nihat Məmmədli (60 kq) ilə Murad Məmmədov (63 kq) 10-14 yanvarda Zaqrebdə keçirilən ilin ilk reytinq xarakterli turnirində zədələndiyi üçün Bakıya qayıdıb.
Qeyd edək ki, qarşıdan gələn Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan bu toplanışa yanvarın 28-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.