Azərbaycan çempionatının "Xarı Bülbül"ləri vaxtsız "uçub" gedirlər
Kişi voleybolçulardan ibarət klubların mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında vaxtsız "yarpaq tökümü" başlayıb. Belə ki, çempionatda çıxış edən iki klub eyni vaxtda və eyni səbəbdən dağılmaq təhlükəsi ilə üzləşib. Söhbət Laçın və Şuşani təmsil edən "Xarı Bülbül"lərdən gedir. "Bülbül"lərdən biri - Laçın təmsilçisi artıq dağılıb. Şuşa təmsilçisi də yaxın 2-3 gün ərzində eyni aqibəti yaşayacaq. Bu haqda klubların təşkilatçısı İlqar İmanquliyev "azerisport.com" portalına verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, hər iki klub maliyyə problemi ilə üzləşib. Bu səbəbdən Laçın təmsilçisi artıq dağılıb. Heyətinin 70 faizi basqaykliblara keçən Şuşa təmsilçisi isə son günlərini yaşayır. İlqar İmanquliyev onu da qeyd edib ki, bu klublar onların özündən başqa heç kimə lazım deyil.
Yeri gəlmişkən, hər iki klub eyni səbəbdən Azərbaycan çempionatının 8-ci turuna qatılmayıb. Bu günədək Şuşa təmsilçisi 16, Laçın klubu isə 4 xal toplayıb. Şuşalılar ötən mövsümün nəticəsinə görə ölkəmizi Avrokubokda da təmsil edib.
Hələki, Azərbaycan Voleybol Federasiyası məlum hadisə ilə baqli qərar qəbul etməyib. İki klubun eyni vaxtda çempionata qatıla bilməməsi bir həyacan siqnalı olmalıdır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.