Cüdo yığmalarımız Avstriya TMT-ni başa vurub
Azərbaycanın kişi və qadın cüdoçular dan ibarət yığma komandalarımızın Mittersil (Avstriya) təlim-məşq toplanışı (TMT) başa çatıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avstriya toplanışı 26-28 yanvar günlərində Portuqaliyanın Odivelas şəhərində Dünyaya Seriyasi çərçivəsində keçiriləcək Qran-Priyə hazırlıq xarakteri daşıyıb.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla 95 ölkəni təmsil edən 680 (377 kişi, 303 qadın) tatami ustasının mübarizə aparacağı turnirdə ölkəmiz 6-si qadın olmaqla, 17 cüdoçu ilə təmsil olunacaq. Qran-Pridə ölkəmizi kişi cüdoçularımızdan Balabəy Ağayev, Turan Bayramov ( hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov ( hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (73 kq), Zəlim Tskayev, Səid Mollai (hər ikisi 81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşanqi Kokuari (+100 kq), qadınlardansa Leyla və Könül Əliyevalar ( hər ikisi 48 kq), Gültac Məmmədeliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Aceliya Toprak (hər ikisi 57 kq) təmsil edəcək.
Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan idmançılar aktivlərinə müvafiq olaraq 700, 490 və 350 reytinq xalı yazdiracaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.