Ermənistan KTMT-dən çıxarılacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri iki ildir üzvlük haqqını ödəmədiyinə görə Ermənistanın üzvlükdən çıxarılması məsələsini nəzərdən keçirmək barədə razılığa gəliblər.
Diplomat bildirib ki, "Biz bu gün bunu müzakirə etdik. Ermənistan iki ildən çoxdur ki, KTMT büdcəsi üzrə borcludur - bu, KTMT Nizamnaməsində nəzərdə tutulan vəziyyətdir. Biz bu gün KTMT Nizamnaməsinin müvafiq maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirmək barədə razılığa gəldik".
Lavrov həmçinin qeyd edib ki, Yerevan NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirir və hərbi məsələlər də daxil olmaqla, ittifaq və Avropa İttifaqı ilə daha intensiv dialoq aparır.
Moskva hesab edir ki, Ermənistanın Qərb strukturları ilə təmaslarının hazırkı dinamikası onun regional inteqrasiya formatlarında iştirakına təsir göstərə bilər.
Lavrovun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında xarici siyasət seçimi məsələsi "artıq aktualdır".










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.