Ölkə birinciliyinin qalibləri müəyyənləşib
Bakı Boks Mərkəzində 2008-2009-cu il təvəllüdlü yeniyetmə boksçular arasında seçmə xarakterli Azərbaycan birinciliyi keçirilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə birincilikdə 74 kollektivi təmsil edən 408 boksçu 14 çəki dərəcəsində mübarizə aparıb. Birincilik qaliblərin müəyyənləşməsi ilə bitib.
Bütün döyüşlərini qələbə ilə başa vuran Rüstəm Şahbazov (Sumqayıt, 44 kq), Əli Məmmədov (46 kq, Astara), Zakir Həsənzadə (Gəncə, 48 kq), İsmayıl Rzayev (Qızıl əlcək klubu, 50 kq), Baqir Əmirxanli (Təhsil RİM, 52 kq), Sübhan Babayev (Sumqayıt, 54 kq), Haqverdi Həsənov (Nax.MR, 57 kq), Nurlan Abışov (Qızıl əlcək, 60 kq), Kənan Aslanlı (Sumqayıt, 63 kq), Valeh Eyvazov (Qızıl əlcək, 66 kq), Rza Rzayev (Gəncə, 70 kq, o həm də birinciliyin ən yaxşı boksçusu secilib), İsmayıl Vəliyev (Prişaqi-Kurdəxsn OİK, 75 kq), Əmir Abasov ("Qəbələ" İK, 80 kq) və Səftər Məmmədzadə (Aqsu, +80 kq) Azərbaycan çempionu olub.
Reqlamentinə əsasən hər çəkidə ilk üç yeri tutan boksçular (qalıb və mükafatçılar) yığma komandanının heyətinə cəlb ediləcək.
Komanda hesabında Sumqayıt (3-3-5) birinci, "Qızıl əlcək" (3-1-1) ikinci, Gəncə (2-1-7) isə üçüncü yeri tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.