Taekvondo yığmalarımız Seyl toplanışında
Azərbaycanın kişi və qadın taekvondoçulardan ibarət yığma komandaları hazırda Cənubi Koreyanın paytaxtı Seulda təlim-məşq toplanışındadir. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Seul şəhərindəki Milli İdman Universitetində təşkil edilən bu toplantıda 6 kişi və eyni sayda qadın taekvondoçumuz iştirak edir. Baş məşqçisi Məhəmməd Abdullayev və məsqcisi Rəşad Məmmədov olan kişi komandamızın heyətində Səyyad Dadaşov, Həşim Maqomedov, Cavad Aqayev, Eltac Qafarov, Həmidreza Badrialiabadi və Milad Beiqi Xarceqani cəmləşib.
Baş məşqçi Cun Mi Parkın rəhbərlik etdiyi qadın yığmasının heyətində isə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məmmədova yer alıb.
Qeyd edək ki, yanvarın 27-dək davam edəcək bu toplanış qarşıdakı Olimpiya lisenziyalı turnirlərə hazırlıq xarakteri daşıyır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.