"Klassiklərimiz" Zaqrebi fəth edərək Poreçdə toplantıya qatılıblar
Xorvatiyanın paytaxtı Zaqrebdə güləşin hər üç növü üzrə keçirilən reytinq xarakterli beynəlxalq turnirə "klassiklərin" çıxışı ilə yekun vurulub. AGF-dan verilən məlumata görə, yunan-Romaçılarımız ("klassiklərinin") ilin ilk reytinq xarakterli turnirində əla çıxış ediblər. Belə ki, turniri ikisi qızıl və biri bürünc əyarlı olmaqla üç medalla və 95 xalla başa vuran Azerbaycan komandası komanda hesabında birinci yeri tutmaqla Zaqrebi fəth edib. Turnirdə ikinci yeri Macarıstan (90 xal), üçüncü pilləni isə Türkiyə (81 xal) tutub.
Zaqrebdə qazanılan medallara gəlincə, qızılları Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq), bürünc medalı isə Həsrət Cəfərov (67 kq) qazanıb.
AGF-dan verilən daha bir xəbərə görə, yiqmamiz turnir bitincə Xorvatiyanın Porece şəhərində start götürən beynəlxalq təlim-məşq toplanışına başlayıb . Toplantıya isə yuxarıda adları çəkilən üzvlüklə yanaşı, 3 qat Avropa çempionu Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Xasay Həsənli (77 kq), İslam Abbasov (87 kq), Murat Lokyayev, Murad Əhmədi ( hər ikisi 97 kq) və Sabah Şəriəti və Bela Kandelaki (hər ikisi 130 kq) qatılıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.