Hümbət Quliyev:
Donuz əti haqqında
(esse)
Bir almanla dostluğumuz var idi, həyat yoldaşının gözünü müalicə etmişdim. Ailəvi get- gəlimiz vardı, mənə çox mehriban yanaşırdılar. Hətta mən Azərbaycana qayıdandan sonra belə, məni Almaniyaya, evlərinə qonaq dəvət etmişdilər. Nəzərə alsaq ki, almanlar qonaqlarını yalnız mehmanxanada saxlayırlar, məni evlərində on gün qonaq saxlamaqları istisna hal idi.
Bu dostum məndən bir gün soruşdu ki, doktor, müsəlmanlar niyə donuz əti yemirlər?
Dedim ki, əvvəla bütün səmavi kitablarda, Tövratda da, İncildə də, Quranda da donuz əti yemək haram sayılır və heç bir kitabda da bunun səbəbi izah olunmur.
Əvvəllər hesab edirdilər ki, bu donuz ətinin isti havada tez xarab olması ilə bağlıdır, çünki üç dinin, üçü də isti iqlimi olan Ərəbistan yarımadasında yaranıb. Sonradan donuz ətində insan orqanizmində sağalmaz xəstəliklər yaradan qurdlar və viruslar da tapdılar.
Elm inkişaf etdikcə, yeni izahlar da ortaya qoyulur.
Məsələn, yeni elmi araşdırmalar göstərir ki, insan orqanizminə ən yaxın heyvan donuzdur və donuzun orqanlarını rahat insana köçürtmək olur. Ürəyi, qara ciyəri, böyrəyi və hətta dərisini də. Hal hazırda insan çəkisində donuzlar yetişdirirlər ki, onların daxili orqanları elə insanınkı boyda olsun.
Praktik olaraq donuzlar bizim heyvan “qardaşlarımızdır”.
Bir faktı da əlavə etdim ki, donuz ətini yeyən millətlər aclıq keçirəndə, yemək tapmyanda insan əti də yeyirlər bə buna kannibalizm deyilir. Donuzlar arasında kannibalizm geniş yayılıb və onlar hər şey yediklərindən ac qalanda, insanları, hətta öz balalarını da yeyirlər.
Fikir vermisinizsə, donuz əti yeyən insanların sir- sifətindən, davranışlarından da elə bil donuzluq yağır.
Ən ac vaxtlarında belə müsəlmanlar bir- birini yeməyiblər və kannibalizmə müsəlmanlar arasında heç vaxt rast gəlinməyib. Müsəlmanlar İslamın halal buyurduğu qoyun əti yeyirlər. Qoyunlar bir-birini, insan ətini və ümümiyyətlə ət yemirlər.
Müşahidə olunur ki, donuz əti yeyən insanlar aqressiv olurlar, müharibə etməyə, haqsız uşaq, qadın belə öldürməyə meyilli olurlar.
Görürsənsə ki, müsəlman uşağı öz atasına, anasına kobudluq edir, özünü donuz kimi aparır, əmin ol ki, o uşaq donuz əti qarışdırılan kobasa, sosiska yeyir.
Alman dostumun mənim dediklərimdən doğan təəccübünü təsəvvür edə bilərsiniz.
Sonradan dostum mənə yazdı ki, daha donuz ətini yemirlər və o, öz ətrafındakılara da donuz əti yeməyi məsləhət görmür. Xüsusən vurğuladı ki, onunla söhbətimdən sonra qoyun ətinə böyük rəğbəti yaranıb.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.