17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Gənclər və İdman
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Gənclər və İdman

Tahir Süleymanov: Azərbaycan futbolunda özünə dərin yer etmiş...

1 il əvvəl 378 01

Tahir Süleymanov:

Azərbaycan futbolunda özünə dərin yer etmiş tendensiya hökm sürür

Klubların çıxışında, nəticələrin qazanılmasında futbol adına strateji planlaşdırma, heyətin formalaşdırılması ilə yanaşı təlim-məşq toplanışları, hazırlıq prosesi mühüm əhəmiyyət kəsb edir. Yay və qış planları fərqlidir. Fasilə dönəmi çox spesifikdir. Bir tərəfdən, mövsümöncəsi işlərin necə qurulduğunun göstəricisidirsə, digər tərəfdən, qışda heyətə müəyyən korrektələr edilir, finişə doğru hərtərəfli güc toplanılır...

Azərbaycan futbolunda özünə dərin yer etmiş, kök salmış tendensiya hökm sürür: - "Yemək-içməkləri, geyimləri, formaları yerində, otelləri, rahat yolçuluqları təmin edilir, maaş/mükafatları artıqlaması ilə ödənilir, bundan artıq nə edilməlidir, çıxıb futbollarını oynasınlar". Kənardan belə fikirlərin səsləndirilməsi başadüşüləndir, bəla ondadır ki, belə absurd, diletant, ən yaxşı halda həvəskar səviyyəsində fikirlər ümumi futbol, klub idarəçiləri səviyyəsində bildirilir.

Böyük futbolda uğurlu sistemin qurulması, nəticələrin təmin edilməsi tək maddi şəraitin yaradılmasından asılı deyil. Peşəkar futbolda xırdalıq olmur, hər bir görüləcək iş, atılacaq addım zərgər dəqiqliyi ilə hesablanmalıdır.

Klub təfəkküründə futbol anlayışı olmayanda, məşqçi/futbolçular əziyyət çəkirlər. Əsasən də yerli baş məşqçilər dayaqsız qalır, əcnəbilər isə milyonlarını qazanıb aradan çıxırlar...

Klub rəhbərliyi və məşqçilər korpusu arasında futbola söykənən fikir, ideya birliyinin olması, yaradılması şərtdir! Futbolçulara kimi gedib çıxan zəncirvari dalğa qırılmamalı, möhkəm olmalıdır. Müasir futbolun tələblərinə cavab verən futbol fəlsəfəsi ilə birgə, idarəçi heyət, bu sahənin incəliklərini bilməklə paralel, dərk etməlidir - mərkəzdə hər zaman məşqçi/ futbolçular olur! Klub adına görülən digər işlərin hamısı köməkçi faktorlardır.

Artıq Antalya Azərbaycan klubları üçün doğma məkana çevrilib. İstənilən infrastruktur mövcuddur. Belə şəraitdə klub adına atılan addımlar, futbol yaradıcılığı ön plana çıxır. Qonşu ölkəyə yeyib-içməyə gedilmir/gedilməməlidir! Bunun üçün futbol sistemini bilmək, klub/komandanın vahid orqanizmə çevrilməsi mütləqdir!

Qış hazırlıq dönəmində 5 mövsüm ardıcıl "Neftçi"nin Antalya toplanışlarına rəhbərlik etdik. Fasilədə vaxt imkanı olanda, ağır fiziki yükləmələr fonunda, futbolçulara psixoloji təsir etməsin, monotonluq olmasın deyə, ikinci mərhələ hazırlıq üçün, yerində otel dəyişməsini də edirdik. Əsasən isə, bu illər ərzində bir bazada məskunlaşmışıq...

"Mardan Sport Kompleks"də daimi olaraq iki klub - "Neftçi" və Luçeskonun "Şaxtyor"u məskunlaşırdı. Futbolu düşünənlər, kənar amillərə fikir verməyənlər üçün ideal idman kompleksi idi. Geniş otaqlar, idman/futbola aid hər bir şərait, iki stadion, əlavə 2-3 yardımçı məşq meydançaları, qapalı, şəhərdən kənar, turistlərin, əyləncənin olmadığı məkan.

Öncədən müqavilə ilə təsdiq edilən iki stadion daimi olaraq "Şaxtyor" və "Neftçi"inin ixtiyarına verilirdi. Bizdən başqa heç kim orada məşq edə bilməzdi. Digər komandalar yardımçı meydanlarda hazırlaşırdılar. Bu, əvvəldən incəliyinə kimi hesablanmış klub nüfuzunun göstəricisi idi. Mətbəxdə bişirilən yeməklər gündəlik sifarişimizlə, həkimlərimizin nəzarəti ilə həyata keçirilir, futbolçuların məşq paltarları inzibati heyətin tapşırıqlarına uyğun, gün ərzində 2-3 dəfə yuyulur, yenilənirdi...

Futbolu düşünməyənlər üçün darıxdırıcı məkan idi. Bir çox komandalar fantastik şəraiti olan idman kompleksindən qaçır, az sayda müxtəlif komandalar isə hər dəfə gəlir, dəyişirdilər... "Neftçi" və "Şaxtyor"dan başqa... Bizim darıxmağa vaxtımız yox idi... Qiymətlər də sərfəli idi, digər otellərdən ucuz başa gəlirdi.

Futbolçular məşqə çıxanda sevinirdilər. Məşqçi/futbolçular səhərdən axşama kimi bizi yanlarında görürdülər, bütün məsələr operativ həll edilirdi. Hər kəs dərk edirdi, klub rəhbərliyi onlarla bir yerdə əziyyət çəkir, görülən işlər, qoyulan məhdudiyyətlər komandanın xeyiri üçün edilir.

Hazırlıq dönəmində hər saatın, istirahətin futbolçuların bərpasında əvəzolunmaz önəmi var. Müqavilə şərtlərimizdən biri, yoxlama görüşlərini "ev"də oynamağımız idi. 1-2 saat səfər yolçuluğu əvəzinə, futbolçularımız ağır məşqlərdən sonra daha çox istirahət vaxtı qazanırdılar. Bərpa ilə yanaşı, bu, oyunçuların yorğunluq fonunda zədələnmələrinin də qarşısını xeyli alırdı...

Rəqib seçiminə xüsusi önəm verilirdi. Böyük klublar, dərk edilirsə, öz imiclərini qorumaq məcburiyyətindədirlər. Ancaq öz ölkələrinin yüksək liqa təmsilçiləri və imkan daxilində adlı-sanlı klublarla qarşılaşırdıq. Riskli addımlar olsa da, görülən işlərin keyfiyyəti belə oyunlarda bilinir və əlavə olaraq futbolçularda mötivasiyanı artırır, "Neftçi"nin hansı çəkiyə malik olduğu əyani olaraq dərk edilir, göstərilir, Azərbaycanda və digər ölkələrdə ictimai, media diqqəti mərkəzində olur. Klubda çalışdığımız dönəmdə Antalyada, "Mardan Sport"a son oyunlarımızdan biri "Fənərbaxça" ilə bərabərlik qarşılaşması oldu...

Təbii ki, ardıcıllığın təmin olunması şərti ilə, öncə komanda öz oyun fəlsəfəsinə uyğun yerli/legioner futbolçulardan ibarət düzgün və balanslı halda heyətin formalaşdırılmasıdır. Bütün bunlar böyük iş həcmi, əziyyət tələb edir. Futbolun incəlikləri ilə bağlı, kənardan xırda görünən/görünməyən detallar barədə çox danışmaq olar...

Futbol elmini bilmədən, klub mənafeyi, azarkeş ordusu düşünülmədən bunların həyata keçirilməsi mümkünsüzdür. Belə ağır hazırlıq dövrü və səviyyəli rəqiblərlə yoxlama oyunlarından sonra ölkə çempionatında qələbələrin qazanılması nisbətən asanlaşır, komandanın özünəinamı artır, nəticələr özünü çox gözlətmir.

Bir həftədən sonra çempionatın davamına start veriləcək. Fasilədə komandaların necə hazırlaşdığını, sabit oyun sərgiləməklərini, qazanılacaq nəticələrin dərəcəsini futbol ictimaiyyəti, jurnalistlər, azarkeşlər əyani olaraq görəcəklər. Əsas isə, finişdən sonra çempionatdakı yerlərə uyğun avrokuboklara hazırlıq, komandaların adlarına uyğun nəticələrin göstərilməsidir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Basketbolçu oğlanlardan ibarət U-18 millimizin Gürcüstan TMT-si yekunlaşıb

Basketbolçu oğlanlardan ibarət U-18 millimizin Gürcüstan TMT-si yekunlaşıb

John Doe 17 d. əvvəl

Elcan Hacıyev dünya çempionatında üçüncü olub

Elcan Hacıyev dünya çempionatında üçüncü olub

John Doe 34 d. əvvəl

Tayland "Formula-1" Qran Prisinə ev sahibliyi etmək üçün böyük pul xərcləyəcək

Tayland "Formula-1" Qran Prisinə ev sahibliyi etmək üçün böyük pul xərcləyəcək

John Doe 1 saat əvvəl

Elcan Hacıyev dünya çempionuna uduzdu

Elcan Hacıyev dünya çempionuna uduzdu

John Doe 4 saat əvvəl

Kriştiano Ronaldo Donald Trampa imzalı köynək hədiyyə edib

Kriştiano Ronaldo Donald Trampa imzalı köynək hədiyyə edib

John Doe 6 saat əvvəl

Qızlardan ibarət U-16 voleybol millimiz Belarusa yollanıb

Qızlardan ibarət U-16 voleybol millimiz Belarusa yollanıb

John Doe 10 saat əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com