Dünyada səhmdarlar tərəfindən idarə olunan ilk şəxs
Sahibkar Mike Merrill inanılmaz bir hiylə işlətdi. O, səhmlərini satdı və beləliklə, səhmdarlara həyatında ən vacib qərarları qəbul etməyə imkan verdi. 805 investor Maykın həyatı üzərində tam nəzarəti əldə etdi. Onu bunu etməyə nə vadar etdi?
2007-ci ildə 30 yaşlı Merrill karyerasında çıxılmaz vəziyyətə düşdü. O, bu barədə düşündü və hər biri $1 olan 100.000 səhmə bölməkdən və insanları həyatlarından bir pay almağa dəvət etməkdən daha yaxşı bir şey tapmadı. 2017-ci ilə qədər o, dünya üzrə 805 investora 11 823 səhm satıb. Əsasən bir-birlərinə yad olan bu səhmdarlar, Maykın həyatına təsir edə biləcək hər bir mühüm qərarda söz sahibidirlər: neçə saat yatmalı, kiminlə görüşməli və hətta onun vazektomiya (sterilizasiya əməliyyatı) keçirib-keçdirməmələri haqqında. Yeri gəlmişkən, cüzi ədədi üstünlüyə malik (55% səs) səhmdarlar əməliyyatı ləğv ediblər.
Merrillin kiçik bloklarla buraxılan səhmləri onların dəyərini müəyyən edən bazar qanunlarına tabedir. 9 il ərzində tələbatdan asılı olaraq bir ədəd üçün 0,99 və 18 dollar arasında dəyişdi. Bəzi erkən investorlar (Maykın qardaşı da daxil olmaqla) zaman keçdikcə öz səhmlərini sərfəli şəkildə nağdlaşdıra bildilər, digərləri isə uzun müddət Maykın yanında qaldılar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.