Türkiyə millisi DÇ-2026-nın final mərhələsində
Dünən axşam saatlarında futbol üzrə DÇ-2026-nın Avropa qitəsi üzrə pley-off mərhələsi çərçivəsində son həlledici final oyunları keçirilib. Azərbaycan futbol həvəskarları üçün maraqlı oyunlardan biri Priştindəki "Fadil Vakkri" stadionunda yerli Kosovo millisi ilə Türkiyənin ay-ulduzlu komandasi arasında baş tutub. 90 dəqiqəlik mübarizənin taleyini matçın 53-cu dəqiqəsində Türkiyə millisinin oyunçusu Kərəm Akturkğlunun vurduğu yeganə qol həll edib. Bununla da Türkiyə millisi tarixində üçüncü dəfə mundialın final mərhələsində oynamaq hüququ qazanıb. Xatırladaq ki, Türkiyə millisi ilk dəfə 1954-cu, ikinci dəfə isə 2002-ci ildə mundialda iştirak edib. Hətta DÇ-2002-də üçüncü yeri tutaraq tarixində ilk dəfə mundialın bürünc medalını qazanıb.
Yeri gəlmişkən, Türkiyə millisi mundialın D qrupunda ev sahiblərindən biri olan ABŞ, Paraqvay və Avstraliya millisi ilə mübarizə aparacaq.
Dünən keçirilən digər oyunlara gəlincə, İsveç -Polşa matçında qələbəni qazanan birinci olub - 3:2. Xatırladaq ki, bununla da İsveç millisi Polşa komandasından bir növ qisasın alıb. Belə ki, DÇ-2022-də Polşa İsveçin mundial gedən yolunu kəsmişdi. İndi isə...
İsveç F qrupunda Hollandiya, Yaponiya və Tunislə mübarizə aparacaq.
Əsas hissəsi 2:2 hesabla bitən Çexiya - Danimarka matçının taleyi penaltilər seriyasında müəyyənləşib - 3:1. Dueldən qalıb ayrılan Çexiya mundialın A qrupunda Meksika, CAR və Koreya ilə üzləşəcək.
Gözlənilməz nəticə Bosniya - İtaliya matçında qeydə alınıb. Əsas hissəsi heç-heçə (1:1) bitən matçın taleyi penalti seriyasında həll edilib. Zərbələri daha dəqiq yerinə yetirən Bosnia-Herdoqovina millisi mundiala bilet alıb - 4:1.
Qeyd: DÇ-2026-nin final mərhələsi 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada təşkil ediləcək. İlk dəfə olaraq mundialda 48 komanda mübarizə aparacaq. Bu komandalar 12 qrupda yer alıb. Reqlamentə görə, qruplarda ilk iki yeri tutan və eləcə də 8 ən yaxşı üçüncü yeri tutan komanda (32 milli) mübarizəni 1/6 finaldan davam edəcək.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.