Türkiyə millisi Rumıniyanı məğlub edərək DÇ-2026-ya bir addım da yaxınlaşıb
Martın 26-da futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa qitəsi üzrə pley-off mərhələsinin ilk oyunlarına start verilib. Mərhələnin ilk oyunu İstanbuldakı "İnönü" stadionunda yerli Türkiyə millisi ilə Rumıniya yığması arasında baş tutub. Pley-off mərhələnin C qrupunda keçirilən və olduqca gərgin mübarizə şəraitində keçən bu görüş meydan sahibi olan ay-ulduzlu komandanın minimal hesablı qələbəsi ilə bitib - 1:0. İlk yarısı qolsuz bərabərliklə bitən matçın taleyini həll edən yeganə qolun müəllifi 53-cü dəqiqədə Fərdi Kadiqlu olub. O, Arda Gülərin gözəl ötürməsini məntiqi sonluqla başa çatdırıb. Bununla da Türkiyə millisi sayca 23-cü dünya çempionatının 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçiriləcək final mərhələsinə bir addım da yaxınlaşıb.
Qeyd edək ki, ay-ulduzlu komanda pley-offun 31 martda keçiləcək final mərhələsində isə Slovakiya - Kosovo matçının qalibi ilə qarşılaşacaq. Sözügedən oyun martın 26-da gecə saatlarında baş tutacaq.
Ümumiyyətlə, bu mərhələdə 16 milli komanda 4 vəsiqə uğrunda mübarizəyə qatılıb.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)
.jpg)









03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.