Argentina rəsmi olaraq ÜST-dən çıxma prosesini başa çatdırıb
Argentina Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxma prosesini başa çatdırıb.
Bu barədə ölkənin xarici işlər naziri Pablo Kirno sosial mediada məlumat verib.
O yazıb ki, "Argentinanın ÜST-dən çıxması qüvvəyə minib. Bu, ölkəmizin rəsmi olaraq bu barədə bildiriş verməsindən bir il sonra baş verib. Argentina ikitərəfli müqavilələr və regional forumlarda iştirak yolu ilə səhiyyə sektorunda beynəlxalq səviyyədə əməkdaşlığı davam etdirəcək, eyni zamanda öz suverenliyini və səhiyyə siyasəti ilə bağlı qərar qəbuletmə qabiliyyətini qoruyub saxlayacaq".
Xatırladaq ki, Argentina ÜST-dən çıxmaqda ABŞ-nin ardınca getdi. Buenos-Ayres administrasiyası bu addımı atmaq üçün təşkilatın COVID-19 pandemiyası dövründəki hərəkətlərini əsaslandırıb.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.