17 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər

Pakistan ABŞ-nin ələ keçirdiyi gəmilərdən İran dənizçilərinin təxliyəsinə kömək edib

Pakistan ABŞ-nin ələ keçirdiyi gəmilərdən İran dənizçilərinin təxliyəsinə kömək edib

Rusiya Ermənistanı çətin bir seçim qarşısında qoyub

Rusiya Ermənistanı çətin bir seçim qarşısında qoyub

Ərdoğan türk dünyasını rəqəmsal və siyasi birliyə nail olmağa çağırdı

Ərdoğan türk dünyasını rəqəmsal və siyasi birliyə nail olmağa çağırdı

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

İki qərinənin söz tablosu

2 ay əvvəl 251 01

İki qərinənin söz tablosu

Nurəddin Ədiloğlunun “Qaçaq Mozu... Yezid İzzət” roman içində roman kitabını artıq dördüncü dəfədir oxuyuram. Ona görə yox ki, dili qəlizdir, süjet quruluşu mürəkkəbdir. Əksinə, rəvandır, asan başa düşüləndir. Üstəlik, işıqlandırılan zaman kəsiyinin xronologiyası dərsliklərdən bəlli, təsvir və təhlil edilmiş hadisələrin məkanı doğma, canlandırılmış obrazların prototipləri tanışdır. Sadəcə, əsərin faydalı olmasına gənclərimizi inandıra bilim deyə, bu yazıya məsuliyyətlə yanaşmışam. İstəmişəm, masa üstündə qalanmış qeydlərimə tez-tez baxmayım. Seyrçilikdən yayınıb, birbaşa romanın içindəncə şərhimi diqqətinizə çatdırım. Təəssüf ki, hər dəfə səhhətim namərdlik eləyib. Qələmi yerə qoyub, haçansa onu yenidən götürəcəyimə ümid bəsləmişəm...
Budur, sizinləyəm! İnşaallah, beşinci oxuya ehtiyac qalmaz...
Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq Alı, Qaçaq Süleyman... Həmişə belə demişik, belə yazmışıq. El qəhrəmanlarımızı bu şəkildə tarixiləşdirmişik. “Qaçaq” sözünün “aradan çıxmaq”, “uzaqlaşmaq” mənasını verən “qaçmaq” feilindən törəndiyinin fərqinə varmayıb, onu “qoçaq”, “igid” sözlərinə sinonimləşdirmişik. Bəs indi? Hər şeyin öz kökündən-əslindən aralandığı bir zəmanədə, təkcə həmin ifadə nədənsə sürətlə fiziki mahiyyətinə qayıdır. İdarəçilikdən narazı qalanlar, hansı yollarlasa çırpışdırdıqları milyonlar əllərindən çıxanlar qaçıb gedirlər. Təbii ki, sıldırımlı dağlara, qalın meşələrə yox, xarici ölkələrə. Soyuq, nəmişgən, qaranlıq mağaralara deyil, kimlərinsə alıb bağışladığı, yaxud kirayə pulunu ödədiyi rahat, işıqlı mənzillərə. Şirnikləşdirici vədlər, güclü maliyyə dəstəyi, efirə çıxmaq imkanı...
Beləcə, Çənlibeldən də möhkəm “qala” qurub, girişirlər ayrı-ayrı fərdləri, müxtəlif dövlət təşkilatlarını vurmağa. Əlbəttə, nə tapança ilə, nə avtomatla. Heç tankla-topla, ballistik raketlə də yox. Daha qorxunc, daha dağıdıcı silahla. Sözlə! Təhqir dolu, şantaj məqsədli ədəbsiz cümlələrlə... Ancaq gecə-gündüz haray-həşir salmaqlarına baxmayaraq, qəhrəmana çevrilə bilmirlər. Bilməzlər də! Çünki üslubları təkcə qisasçılığa söykənir. Təməlində xalqa sevgi, yurd təəssübü yoxdur. Bu isə adicə qaçmaqlıqdır! Qaçıb, qarabaqara ambisiyanın havasına yüyürüb, sonda uçuruma yuvarlanırlar. Daha dəhşətlisi odur ki, qıcıqlandırıcı, pafoslu təbliğatları ilə neçə-neçə sadəlövh insanı da ağıldan çıxarıb, məhvə sürükləyirlər.
Qaçaqlıq isə bir fəlsəfi anlayışdır. Məntiq əsasında şəxsi intiqam və insanlıq borcu arasında ortaq məxrəc tapmaqdır. Düşməndən əvəzini çıxıb, psixoloji cəhətcə rahatlanmaqla bərabər, məzlumların dərdinə çarə qılmaq, onların və onların əhatəsinin məhəbbətini qazanmaqdır. Beləliklə, el arasında xilaskar kimi qəbul edilmək, tədricən əfsanələşmək, hafizələrdə nəsilbənəsil yaşamaqdır.
Bax, elə Qaçaq Mozu kimi! Əsrə yaxındır, adı dillər əzbəridir, comərdliyindən, insani keyfiyyətlərindən ağızdolusu danışılır.
Yazıçı Nurəddin Ədiloğluya dərin təşəkkür düşür ki, bu dəyərli qəhrəmanın unudulmazlığını sığortalayıb, baqiliyini rəsmiləşdirib. Yəni topladığı ona aid xatirələri yazılı mənbələrdən üzə çıxardığı tarixi faktlarla cəmləyib bədii təxəyyülündən keçirib. 1930-1993-cü illər aralığında təxminən iki qərinəlik dövrün söznən tablosunu çəkib. Cavan nəslin mənəviyyatına zənginlik gətirə bilən, tədqiqatçılar üçün gərəkli üç yüz doqquz səhifəlik bir sanballı əsər ərsəyə gətirib...
Kitabı vərəqlədikcə, əxlaqi məsələlərə geniş yer verildiyini görürük. Və bizcə, bu təsadüfi deyil. Dünyanın tanıdığımız-tanımadığımız bütün xalq qəhrəmanlarının əqidəsindən halallıq, düzgünlük ana xətt kimi keçib. Mübarizələrinin əsas məzmununu cəmiyyətdə ədalətin bərqərarlığına cəhd təşkil edib. Qaçaq Nəbi türmə naçalnikinə necə göstəriş vermişdi? Demişdi: “Dustaqların hamısını burax, oğrulardan başqa”... Mozu da özgə malına göz dikənlərə, yalançılara, zinakarlara, rüşvətxorlara, haramzadələrə nifrət bəsləyirdi. Çünki taleyi oxşar düyündən keçmişdi. Haqsızlığın qurbanı olmuşdu. Nişanlısından zorla ayrı salındığına görə, küskünləşib, öz isti yuvasını tərk etmişdi.
Amma aqressiv deyildi. Bəzi qaçaqlar sayağı, hər xırda məsələdən ötrü tezkən əlini mauzerinə aparmırdı. Fəaliyyəti uzunu cəmi bir nəfəri öldürdü, görkəmli ziyalılarımızı, din xadimlərimizi sürgünə göndərtdirən, güllələtdirən, Şura hökuməti adından mənimsədiyi xalı-xalçamızı İrəvan bazarında satdıran NKVD rəisi Aşot Avanesovu... Yerdə qalan xeyirxah missiyasını isə təmkininə söykənərək yerinə yetirdi. Naxırçı Kərəm kimi yüzlərlə sadə insanı böhtandan, həbsdən qurtardı. Münaqişələr yatırtdı, müşküllər həll etdi. Başlıcası, Şeyx İbrahimin etimadını doğrultdu, çırağını sönməyə qoymadı. Oğlu İzzəti humanist ruhda böyütdü, hörmətli, nüfuzlu şəxsiyyət olaraq yetişdirdi...
Kitabda bir neçə orijinal gediş var və onlardan ən gözlənilməzi, ən qəribə görünəni, şəksiz, “içiçəlik” məsələsidir. Üz qabığını görüncə, istər-istəməz duruxursan. Nurəddin Ədiloğlunun yaradıcılıq kataloqunda roman kimi hansının beşinci, hansının altıncı olmasını müəyyənləşdirməkdə aciz qalırsan...
Güman ki, Qaçaq Mozu haqqında salnamə, İzzətdən bəhs edən səhnələrsiz də çəkisini itirməzdi. Həmçinin İzzətin həyat hekayəsi, Qaçaq Mozu ilə bağlı hissələr qatılmasaydı belə, bitkin görünərdi. Lakin yazıçı ziqzaqvari sınmalar hesabına süjet xəttində növbələşmə aparmağı lazım bilib.
Maraqlıdır ki, baş qəhrəman yalnız yetmiş dördüncü səhifədə, çolaq Aşotun kabinetinin döşəməsində işaran kağız parçasındakı yazı ilə əsərə daxil olur və ilk dəfə doxsan ikinci səhifədə hadisələrdə bilavasitə iştirak etməyə başlayır.
İki yüz onuncu səhifədə isə dənizin içərilərinə doğru Ovçu Rəşidin itələdiyi qayıqla ümumiyyətlə süjetdən çıxır... Lakin arxa plana keçmir – yenə əsas obrazlığında qalır. Bağışladığı müqəddəs Azərbaycan bayrağı və Quran imkan vermir, İzzətin yaddaşında ona aid xatirələr korşalsın...
Yazıçı tərəfindən yerində işlədilmiş çox uğurlu ədəbi fənddir ki, oxucu axırıncı nöqtəyə qədər hər sətirdə Qaçaq Mozunun adını arayır, onun təzədən olayların mərkəzinə qayıdacağına ümidini itirmir...
Əsərdə növbəti orijinal gediş Nurəddin Ədiloğlunun yazıçı kimi yüksək peşəkarlığını ortalığa qoyaraq, bacardıqca uydurma obrazlardan uzaq durmasıdır. Onların əvəzində, necə deyərlər, hazır materialdan yararlanıb. Bütün yaradıcılığı boyunca sanki səfərbərlik elan edib. İndiyə qədər qələmə aldığı romanlarda, povestlərdə, pyeslərdə, hekayələrdə, publisistik yazılarda xarakterlərini incələdiyi tarixi şəxsiyyətləri təzədən meydana çəkib. Böyükağa Talıblı, Məmmədağa Sultanov, Museyib Kərimov, Molla Mücrüm, Mircavad bəy Talışxanov, Şeyx Əsədulla, xanəndə Mirislam, Şeyx Bəşir, Əlövsət Baxışov, Sami Kəlbiyev... Bunlarla yanaşı, hətta kəndçiləri Kərəm, Qaraş, Züleyxa, babaları Həmid, Məşədi Babaş, Qəhrəman Nifti oğlu – uşaqlıq xatiratında yurd salmış, yaxşı tanıdığı insanlar... Birini geniş halda, birini epizodik şəkildə, eləsini lap tək cümlə ilə, təsvirini verdiyi, mahiyyətini açdığı hadisələrə qoşub. Bu cür obraz rəngarəngliyi isə, təbiidir ki, istənilən nəsr nümunəsinə dolğunluq, dinamiklik bəxş edər, onun təsir gücünü artırar, bölmələr, fəsillər, səhnələr arasında boşluğun qarşısını alar.
Müəllif eyni mövzuya uyarlı bayatılardan, atalar sözlərindən, zərb-məsəllərdən, xalq mahnısı mətnlərindən, məzəli əhvalatlardan da yeri gəldikcə faydalanıb.
Məsələn, proloqda belə bir qısa dialoq var: İzzətin dərzi köşkündə Bülbül radiodan onun şagirdinə söz atır ki,

Həsən gəl, ay Həsən, gəl,
Sevgi bağın kəsən, gəl.
Könlüm arzular səni,
Ya mən gəlim, ya sən gəl.

Usta zarafata zarafatla qarşılıq verərək, böyük xanəndəni çay içməyə dəvət edir...
Qələmə alınan hadisələr əsasən respublikamızın Cənub bölgəsi ilə bağlı olsa da, əsərin hədəfi məhəlli deyil, dünyaya, bəşəriyyətə düşündürücü, çox vacib mesajları var.
İzzətə yeniyetməlikdə deyilən “Yezid” ayaması eləcə gəlişigözəllik idimi? Yaxud onun qayğı göstərdiyi gənclərə təsadüfənmi mübarək Fatimə və Həsən adları qoyulub? Yəqin ki, yox! On dörd əsr əvvəl Peyğəmbər övladlarının məruz qaldığı təşnəliyə, taleyi məchul fələstinlilərin gerçək vətənsizliyinə, aclığına – susuzluğuna qarşı əsl yazıçı üsyanıdır bu...
Və mən də sadə oxucu kimi, istedadlı nasir Nurəddin Ədiloğlunun belə insanpərvər çağırışına dəstək verməyi özümə borc bildim. “Qaçaq Mozu ... Yezid İzzət” roman içində roman kitabı barədə bir neçə xoş söz demək istədim...

Arif FƏRZƏLİ,
şair

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Ölümü aşan ömür

Ölümü aşan ömür

John Doe 1 gün əvvəl

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

John Doe 4 gün əvvəl

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

John Doe 6 gün əvvəl

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

John Doe 1 həftə əvvəl

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

John Doe 1 həftə əvvəl

Masallıda atçılıq yarışı keçirilib

Masallıda atçılıq yarışı keçirilib

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirv...

16 may 2026 14:45:18
• İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib}

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə...

15 may 2026 21:12:53
• İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar}

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iş...

15 may 2026 20:46:20
• İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib}

İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

15 may 2026 13:38:18
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com