Pakistan ABŞ-nin ələ keçirdiyi gəmilərdən İran dənizçilərinin təxliyəsinə kömək edib
ABŞ tərəfindən ələ keçirilən gəmilərdə olan 11 Pakistan və 20 İran vətəndaşı Sinqapurdan vətənlərinə qaytarılıb.
Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib.
Xarici işlər naziri açıqlamasında yazıb: "ABŞ tərəfindən açıq dənizdə ələ keçirilən gəmilərdə olan 11 Pakistan vətəndaşı və qardaş ölkəmiz İranın 20 vətəndaşını Sinqapur vasitəsilə uğurla geri qaytardığımızı elan etməkdən məmnunam. Hamısının sağlamlığı və əhval-ruhiyyəsi yaxşıdır".
Onun sözlərinə görə, dənizçilər Sinqapurdan Banqkoka aparılıb, daha sonra İslamabada yola düşüblər. Onların Pakistanın paytaxtına 15 may axşamı çatacağı gözlənilir. Dar əlavə edib ki, Pakistan iranlıların vətənlərinə qayıtmalarına kömək edəcək.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.