Federiko Valverde Çempionlar Liqasında həftənin oyunçusu seçildi
"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Müsabiqənin mətbuat xidməti bu barədə X sosial media səhifəsində məlumat verib.
Uruqvaylı futbolçu 1/8 finalın ilk oyununda (3-0) "Mançester Siti"yə qarşı üç qol vurub.
Səsvermədə Valverde "Tottenhem Hotspur" üzərində 5-2 hesablı qələbədə iki qol vuran və bir məhsuldar ötürmə edən "Atletiko Madrid"in hücumçusu Julian Alvaresi, "Çelsi"yə qarşı iki qol vuran və bir məhsuldar ötürmə edən PSJ-nin qanad oyunçusu Xviça Kvaratskheliyanı (5-2) və "Atalanta" üzərində 6-1 hesablı qələbədə iki qol vuran və bir məhsuldar ötürmə edən "Bavariya"nın hücumçusu Maykl Olisehdən üstün olub.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.