Moldova Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq 60 günlük fövqəladə vəziyyət elan edib
Moldova hökuməti Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi fonunda enerji sektorunda 60 günlük fövqəladə vəziyyət elan edib.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Baş nazir Aleksandru Munteanu bildirib ki, hakimiyyət orqanları 28 fevraldan bəri Fars körfəzindəki hadisələri, xüsusən də "ABŞ və İsrail tərəfindən başlanan iki hərbi əməliyyatı" diqqətlə izləyir.
"Tammiqyaslı böhrana çevrilə biləcək bu münaqişənin nə vaxt bitəcəyi məlum deyil. Enerji fövqəladə vəziyyəti 60 gün müddətinə elan edilir", - deyə Moldova baş naziri bildirib.
Onun sözlərinə görə, münaqişənin potensial eskalasiyası neft və qaz təchizatı da daxil olmaqla qlobal enerji bazarlarına təsir göstərə bilər.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.