17 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib

Kreml Zelenskini yenidən Moskvaya dəvət edir

Kreml Zelenskini yenidən Moskvaya dəvət edir

ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının rəhbəri Bakıda investisiya imkanlarını müzakirə edib

ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının rəhbəri Bakıda investisiya imkanlarını müzakirə edib

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Hümbət Quliyev: Yarpaq

2 il əvvəl 605 01

Hümbət Quliyev:

Yarpaq

(esse)

Payız gəlmişdi, havalar soyuyurdu.

Digər yarpaqlar kimi onun da rəngi solmağa başlamışdı. İlk əvvəl soyuqdan müvəqqəti xəstələndiyiyini düşündü. Amma qonşu yarpağın dedikləri onu məyus etmişdi; " biz hamımız solub budaqlardan yerə töküləcəyik."

Bu fikir onu rahat buraxmırdı, axı ona öz həyatı çox gözəl gəlirdi. O, agacın yuxarı, günəş düşən tərəfindəydi. Hər gün o, günəşin çıxdığını seyr edə bilirdi, onun üzərinə düşən isti şüalarından xoşhallanırdı. O, olduğu budağa tez- tez quşlar oturardı, onların şən nəğmələrinə həvəslə qulaq asmaqdan həzz alırdı.

Başını döndərib bir az aralıda bitən yarpaqdan soruşdu: - sən də bizim yerə düşəcəyimizdən xəbərdarsan?

- Əlbəttə.

- Axı, biz niyə olduğumuz bu gözəl yeri tərk etməliyik? Mən bunu istəmirəm. Heç yerə də düşməyəcəyəm!

Qonşu yarpaq xəfifcə titrəyib dedi, bu bizim yarpaq həyatımızdlr. Hər şeyin sonu var, bu da bizim taleyimizdir.

Qabaqdan qış, kəskin soyuqlar gəlir.

Ağac özünü soyuqdan qorumaq üçün bizi yerə tökəcək.

- Yerdə bizimlə nə olacaq?

- Torpağa qarışacayıq, hansı ağacın dibinə düşsək, sonradan suya qarışıb köklər vasitəsilə qalxıb bir də gələcəkdə budaqlarda yarpaq ola biləcəyik.

Son fikir ona təsəlli oldu, deməli onun gələcəyi vardı...

Qonşu yarpaq üzünü ona tərəf çevirib, başqa yarpaqların eşitməməsi üçün yavaşca dedi, - hələ uçmaq şansımız da olacaq.

- Uçmaq?

- Hə, görürsən, biz hündürdəyik. Yerə düşənə qədər bir və son dəfə uçacayıq.

O, quşların uçduğunu tez- tez görürdü, onlara həsəd də aparırdı.

- Axı bizim qanadlarımız yoxdur, biz necə uça bilərik?

- Biz tək qanad kimiyik, yerə düşənə qədər uçmaq imkanımız olacaq və bir az da yavaşdan dedi, külək olsa, lap çox uça biləcəyik, hətta olduğumuz ağacdan da yuxarılara qalxa biləcəyik.

Son fikir ona çox maraqlı gəldi. O, həmişə daha yuxarı qalxıb ətrafı da görmək istəyirdi. Quşların bir dəfə danışığından başa düşmüşdü ki, yaxında dəniz də var.

O, dənizi görməyi arzuladı…

Günlər bir- birini əvəz edir, havalar lap soyuyurdu. Onu bir fikir də düşündürürdü, bəlkə o, digər yarpaqlar kimi deyil, bəlkə o, budaqda yaza qədər qalacaq, sonradan yenə yaşıllaşacaq?

Gecə külək əsməyə başladı, o, olduğu budaqdan bərk yapışdı. Bütün gecəni onu yerindən çıxarmağa çalışan küləyə müqavimət göstərdi, səhər çıxacağına və güc alacağına ümid etdiyi günəş də görünmədi. O, taqətdən düşmüşdü, saplağı onu daha saxlamaq gücündə deyildi. Qonşu yarpaqların bir- bir düşməsi də onun əhvalını korlayırdı, artıq dost saydığı qonşu yarpağı yerində görməyəndə təşvişə düşdü, aşağı onu görmək ümidi ilə baxdı, amma heç nə görmədi. Birdən elə bil külək kəsdi. O, ümidləndi. Yox, mən qalacağam!

Günəş çıxsa, güc toplayıb yenə müqavimət göstərəcəyəm. Axıra qədər dözəcəyəm, bacararam. Küləyin olmamasından istifadə edib saplağını bir az boşaltdı, dincəmək istədi. Elə bu an kəskin külək onu yerindən qopardıb yuxarı qaldırdı. O, uçurdu.

Çox maraqlı hiss keçirirdi. Yuxarıdan aşağı baxıb çoxlu ağaçlar gördü. O, tək deyildi, ətrafında özü kimi yarpaqlar uçuşurdu. Tək olmadığını görəndə, qorxu hissi də nisbətən azaldı.

Fırlana- fırlana ətraflara boylandı. Sol tərəfdə ağacların heç olmadığı böyük ərazidə, bir mavi yer gördü. Bu mavi yer tərpənir, bir hissəsi qalxıb, digər hissəsi enirdi. Bu o eşitdiyi dəniz deyildimi?

Əgər dəniz budursa, çox gözəldir,-o düşündü. Bu nədir, külək onu düz dənizə tərəf aparırdı. Əvvəl buna sevindi, dənizə yuxarıdan baxmaq necə də maraqlı olardı…

Külək onu dənizə yaxınlaşdırdıqca onu narahatlıq bürüdü, o, axı bir ağacın dibinə düşməlidir ki, sonradan həmən ağacın yarpağı olsun. Özlüyündə qəşəng yarpaqlı ağacın yarpağı olmağı arzulamışdı da. Dənizə düşsə necə olacaq, arzuları puç olar. Külək israrlı idi, onu düz dəniz istiqamətində aparırdı. Onun müqavimət belə göstərmək gücü yox idi. Birdən o külək burulğanına düşdü və daha sürətlə fırlanmağa başladı. Aşağıda dənizə yaxın son ağaclar göründü. O, belə gözəl ağaclar hələ görməmişdi,onlar yaşıl idilər! Olduğu boz,solmuş yarpaqlı ağaclardan sonra yamyaşıl yarpaqlı ağaclar görmək ona qəribə gəldi: bu ağacların yarpaqları solmur, deməli. Həmşəyaşıl yarpaqlı ağaclar! Olduğu külək burulğanı onu aşağı apardı və o, həmşəyaşıl ağacların birinə ilişib onun dibinə düşdü. Düşdüyü yer bir az çala olduğundan külək onun üstündən bir neçə dəfə keçdi və onu təkrar qaldıra bilmədi, o, hətta elə bil onu itirmiş küləyin təəssüf dolu səsini də eşitdi.

Sakitlik çökdü. Aşağıdan yuxarı bu gözəl, ağaca baxdı, onun qəribə, nazik, incə, yaşıl yarpaqlarını məmnuniyyətlə seyr etdi.

Qaranlıq düşür, onu yuxu aparmağa başlamışdı, o, bağlanmaqda olan gözlərini açıb, son dəfə gözəl yarpaqlara baxıb gülümsəyərək gözlərini yumdu…

Hümbət Həsənoğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Məmməd Əvəzoğlu: Qalmışıq

Məmməd Əvəzoğlu: Qalmışıq

John Doe 1 gün əvvəl

Məmməd Əvəzoğlu: 20 ilin məzunlarına

Məmməd Əvəzoğlu: 20 ilin məzunlarına

John Doe 2 gün əvvəl

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

John Doe 5 gün əvvəl

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

John Doe 2 həftə əvvəl

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

John Doe 4 həftə əvvəl

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
• Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi}

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

7 iyun 2026 14:32:51
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com