02 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Tramp İran əməliyyatının tezliklə başa çatacağını elan edəcək

Tramp İran əməliyyatının tezliklə başa çatacağını elan edəcək

Məsud Pezeşkiyan Amerika xalqına müraciət edəcək

Məsud Pezeşkiyan Amerika xalqına müraciət edəcək

Müctəba Xamenei "Hizbullah"a dəstəyin davam edəcəyini açıqladı

Müctəba Xamenei "Hizbullah"a dəstəyin davam edəcəyini açıqladı

Fransa Livandakı sülhməramlılarını qorxutmaqda ittiham edib

Fransa Livandakı sülhməramlılarını qorxutmaqda ittiham edib

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda mina partladı

Ağdamda mina partladı

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

NURƏDDİN ƏDİLOĞLU: Musayla VİDA görüşü…

1 ay əvvəl 162 01

NURƏDDİN ƏDİLOĞLU:

Musayla VİDA görüşü…

Axı nə fərqi var, kimdir, nəçidir,

İnsan bu dünyada kirayəçidir.

Hər ömrün sonu var, ölüm də haqdı

Can ilə ödənir kirayə haqqı...

Üç gün əvvəl fevralın 13-də görüşdüyüm Musa Ələkbərlinin bu şeirini dünən onun məzarının başında dediyimə hələ də inana bilmirəm… O gün bizimlə uzaq səfərə çıxan adam kimi ayrılmışdı... Elə bil ürəyinə dammışdı ki, bu onun bizimlə son görüşüdür…O anı təsvir etməyə bəzən sözlər kifayət etmir… Adətən, onunla “Gənclik” parkında səhər yürüşü edərkən görüşərdik... Parka həmişə incə yumor hissi olan yaxın dostu, Çingiz Abbasovla birlikdə gələrdi. Çingiz müəllim Tovuzdan bizə fındıq ağacından olan şumal paya gətirmişdi. Musa müəllim azca əyilmiş qamətini dikəldərək yol gedə-gedə söhbət edəndə o hamar ağac payasını ehmallıca çiyninə qoyardı, elə bil Bakının Əhmədli yaylasında deyil, dağlar qoynunda yerləşən doğma Gədəbəyin Ataxal kəndində gəzib-dolaşırdı. Onunla hər görüş bir bayram idi... Onun keçmiş xatirələrini dinləmək bizə xoş gəlirdi... Son vaxtlar Ulu Göyyurdun dağlarından, zümürd meşələrindən, büllür bulaqlarından ötrü qəribsəmişdi sanki. Poetik və həzin notlar üstündə köklənən duyğularını tez-tez dilə gətirib kövrəlirdi. Musa Ələkbərlinin ilhamının mayası doğma torpağa sevgidən yoğrulmuşdu. Ədəbiyyatımızın cəfakeşi, görkəmli tənqidçi Vaqif Yusiflinin təbirincə desək, Musa müəllim öz kökünə-soyadına, ocağına-suyuna bağlı qələm sahibi idi...

Köksündə saf ürək gəzdirən, dünyaya könlünün gözü ilə baxan Musa müəllim köhnə və samballı kişilərən biri idi. Bizim gəzib-dolaşdığımız parkda kimi ona Musa müəllim, kimi şair, kimi də Musa dayı deyə xitab edirdi. Onunla səhər çağı gəzib -dolaşmaq həm də ədbəbiyyatla nəfəs almaq demək idi. Bəzən də gəzə-gəzə biri-birimizə gənclik illərindən söhbət açardıq... Xatirə yağışlarında yuyuna-yuyuna dünyanın ən pak, ən təmiz uşağına dönərdik...

Universitetin filologiya fakültəsinin ikinci kursunda təhsil alarkən Hüseyn Arifin “Uğurl yol”u ilə şeirlərinin işıq üzü görməsi, sevimli müəllimi Bəxtiyar Vahabzadənin xahişi ilə Maarif Nazirliyindən “azad təyinat” alması, İyas Tapdığın köməkliyi ilə əvvəlcə “Qızıl Şərq” mətbəəsinə, sonra isə “Gənclik” nəşriyyatında işə düzəlməsi,“Məndən şeir istə" adlı ilk kitabının (1977) nəşrindən sonra Qulu Xəlilovun "Ədəbiyyat və incəsənət" qəzetində ona açıq məktub yazması,"Qanlı göl"adlanan ərazidə heç bir şəraiti olmayan gecəqonduda yaşaması, Azad Talışoğlunun sayəsində paytaxtda qeydiyyata düşməsi, böyük sənətkar və ictimai xadim İsmayıl Şıxlının xeyirxahlığı ilə mənzillə təmin olunması Musa müəllimin yaddaşında silinməz izlər qoymuşdu.

Musa Ələkbərli on dörd yaşından bədii sözə könül verib, qələmə pənah gətirmişdi... Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılığı ilə yeri və mövqeyi olan söz ustası beş-altı il öncə 70 yaşına xitabən belə yazmışdı:

Salam yetmiş yaşım, ay üzü nurlum,

Ömrümə-günümə xoş gəldin, salam.

Ay sevda həvəslim, şeir qürurlum

Yadıma saldın ki, mən ağsaqqalam.

Tərifə qərq edim, öyüm nəyini?

Sən mənə nə şöhrət, nə şan gətirdin.

Bir kənd uşağının saf ürəyini

Ahıl bir qocaya nişan gətirdin...

Musa müəllim mənim tanıdığım o insanlardan idi ki, qocaldığını səmimi etiraf edirdi. 75 illik ömründə də ən böyük rütbəni, ad-sanı özünün işlək qələmilə qazanmışdı Məhz sözün qüdrətiylə Musa Ələkbərli öz poetik “mənini”sənət zirvəsinə qaldıra bilmişdi.

Açılsın gözümdə göylərin qatı,

Uçmaq eşqim varsa ölməyəcəyəm.

Əzrayıl da bilsin mən bu həyatı

Şeirsiz bitirə bilməyəcəyəm!

…Fəqət, dünən səhər saatlarında dostlara, doğmalara səssizcə “ƏLVİDA” deyib gözlərini əbədi yumdu… Haqqa qovuşan Musa Ələkbərli öz nəfsinə ağalıq edən, Allahın verdiyinə qane olan halal adam idi. Ruhunda, davranışında qədim şairlərə xas olan sufiyanə, bir az da dərvişyana əlamətlər vardı. Ən kədərli anında belə üz-gözündən təbəssüm yağardı. Təbəssüm barədə Həzrət Peyğəmbər buyurub: “Ən böyük ehsan, digər insanla görüşəndə səmimi təbəssüm etməkdir.” Bizim Musa dostumuz da belə bir İNSAN idi. Elə bu sətirləri yaza-yaza Musa müəllimin ötən il Azərbaycanın və Türk dünyasının böyük şairi Məmməd İsmayılın məzarı önündə çıxışı göz önümdə canlanır.

…Dünənsə 56 illik dostu Çingiz müəllimin Musa Ələkbərlinin məzarı önündə göz yaşları içində çıxışı da dəfn mərasimində işdirak edənlərin yaddaşlarına əsl dost yanğısı, dost ağrısı kimi əbədi həkk olundu.

… Axirət evi huzurla, nurla dolsun, Allah ailəsinə səbr versin!

Ruhuna ehtiramla

Nurəddin ƏDİLOĞLU. 16.02.26.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Elxas Comərd: SÖZÜN AĞRISI, RUHUN HESABATI

Elxas Comərd: SÖZÜN AĞRISI, RUHUN HESABATI

John Doe 11 saat əvvəl

Xatirə Rəhimli: Zirvələri fəth edən sənətkar!

Xatirə Rəhimli: Zirvələri fəth edən sənətkar!

John Doe 1 gün əvvəl

Əli NƏCƏFXANLI: Yesenini ovsunlamış xanəndə

Əli NƏCƏFXANLI: Yesenini ovsunlamış xanəndə

John Doe 1 gün əvvəl

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

John Doe 1 gün əvvəl

Aynur Haqverdi: Gəl, yenə mənim ol da

Aynur Haqverdi: Gəl, yenə mənim ol da

John Doe 6 gün əvvəl

Bəhram Şəms: Dəmlənirəm gözlərimdə qəm kimi

Bəhram Şəms: Dəmlənirəm gözlərimdə qəm kimi

John Doe 6 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com