Elşad Barat:
Salam və Aqşini susdurmaq onları Müşfiq kimi güllələmək deyilmi?
Həqiqət budur ki, müasir Azərbaycan ədəbiyyatının ilk ən böyük iki nümayəndəsi Salam Sarvan və Aqşin Yeniseydir. Ciddi ədəbiyyatın nə olduğunu bilən hər kəs təbii ki, mənim bu fikrimlə razıdır.
Amma gəlin baxaq, bu gün Salam Sarvana və Aqşin Yeniseyə xalq qayğısı, dövlət qayğısı hansı səviyyədədir?
Salam Sarvan Tərcümə Mərkəzində işləyir, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud xalq yazıçısıdır, amma Salam yox.
Aqşin Yenisey də həmçinin, işlədiyi və ya hələ işləmədiyi hər yerdə hər fərddən daha istedadlıdır, amma hamısından daha az qayğı görən, daha doğrusu qayğı görməyən insandır.
Bu gün Mikayıl Müşfiqin anım günüdür, Mikayılı gənc yaşında güllələyiblər.
İndi bu yazını oxuyan hər kəsə sual edirəm:
Salam və ya Aqşin kimi tarixi dahi şəxsiyyətləri müəyyən yollarla susdurmaq elə onları Müşfiq kimi güllələmək deyilmi?
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.