02 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Tramp İran əməliyyatının tezliklə başa çatacağını elan edəcək

Tramp İran əməliyyatının tezliklə başa çatacağını elan edəcək

Məsud Pezeşkiyan Amerika xalqına müraciət edəcək

Məsud Pezeşkiyan Amerika xalqına müraciət edəcək

Müctəba Xamenei "Hizbullah"a dəstəyin davam edəcəyini açıqladı

Müctəba Xamenei "Hizbullah"a dəstəyin davam edəcəyini açıqladı

Fransa Livandakı sülhməramlılarını qorxutmaqda ittiham edib

Fransa Livandakı sülhməramlılarını qorxutmaqda ittiham edib

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda mina partladı

Ağdamda mina partladı

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Elm və Təhsil
Elm və Təhsil

Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar” liseyinin şagirdlərinin  Yaradıcılıq Dünyasına Səyahəti

3 ay əvvəl 118 01

Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar” liseyinin şagirdlərinin  Yaradıcılıq Dünyasına Səyahəti

“İncəsənət insanın daxili aləmini saflaşdırır, onu daha nəcib, daha yüksək ideallara səsləyir.” — Heydər Əliyev

Azərbaycanın dövlətçilik fəlsəfəsində və milli inkişaf strategiyasında incəsənət, mədəniyyət və yaradıcı düşüncə hər zaman xüsusi yer tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı bu mədəni-siyasi xətt bu gün ölkəmizin bütün təhsil müəssisələrində, o cümlədən xüsusi istedadların yetişdirildiyi məktəblərdə uğurla davam etdirilir. Rəssamlıq, musiqi, teatr, idman, həmçinin digər yaradıcı sahələr üzrə fəaliyyət göstərən məktəblər, liseylər uşaqların erkən yaşdan istedadlarının aşkarlanmasına, onların dünyagörüşünün formalaşmasına və milli-mənəvi dəyərlərin dərk edilməsinə geniş imkan yaradır. Azərbaycan məktəblərinin ölkə daxilində və beynəlxalq arenada qazandığı medallar, uğurlar və nailiyyətlər də məhz bu sistemli yanaşmanın, dövlətin incəsənətə və təhsilə göstərdiyi davamlı qayğının nəticəsidir.
Təhsil ocaqlarında təsviri incəsənət fənninin tədrisi böyük əhəmiyyət daşıyır. Bu dərs uşaqların xəyali dünyasını zənginləşdirir. Onların məntiqi təfəkkürünü, emosional düşüncə qabiliyyətini, müşahidə bacarığını və yaradıcı hislərini inkişaf etdirib, estetik zövqünü formalaşdırır. Rənglərlə, forma və xətlərlə işləməyi öyrənən şagird daha diqqətli, daha həssas, daha geniş düşüncəyə malik olur. Təsviri incəsənət eyni zamanda uşaqlara səbr, ardıcıllıq, intizam və öz düşüncələrini vizual dildə ifadə etmək bacarığı verir. Bu bacarıqlar onların gələcək ixtisasından asılı olmayaraq həyatlarının bütün mərhələlərində əhəmiyyət daşıyır.
Cəmiyyətin tərəqqisi, dövlətin inkişaf səviyyəsi birbaşa təhsil, elm və yaradıcı təfəkkürün inkişafından asılıdır. Uşaqların seçdikləri sahədə dəstək almaları, onların yolunu işıqlandırır, özünə inam formalaşdırır və milli dəyərlərə bağlılığını artırır. Bu baxımdan məktəbdənkənar fəaliyyətlərin təşkili, muzey ekskursiyaları, emalatxana görüşləri, sərgilər və yaradıcılıq dərnəkləri gənc nəslin formalaşmasında əvəzsiz rola malikdir. Belə tədbirlər şagirdlərin yalnız biliklərini artırmır, həm də həyatın incəsənət və mədəniyyətlə daha mənalı olduğunu göstərir.
Bu istiqamətdəki fəaliyyəti ilə Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar” liseyi xüsusilə seçilir. Təkcə yüksək akademik mühit və beynəlxalq olimpiadalarda qazandıqları medallarla yox, həm də şagirdlərin yaradıcı potensialının üzə çıxarılmasına verdiyi önəmlə bu lisey ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biridir. Liseydə təhsil alan uşaqlar həm intellektual sahədə, həm də müxtəlif sahələrə aid xüsusi bacarıqlarına görə güclü potensiala malikdirlər. Onların araşdırma həvəsi, tez mənimsəmə qabiliyyəti liseyi sözün əsl mənasında “müasir istedadlar akademiyasına” çevirir. Liseyin təsviri incəsənət müəllimi Təranə Cahid qızı Əhmədova bu uğurların formalaşması yolunda şagirdləri üçün əlindən gələni edir. O, yalnız fənn tədris etmir, eyni zamanda şagirdlərdə incəsənətə sevgi yaradır, onların duyğularını kətana köçürmək bacarığını inkişaf etdirir. Təranə müəllimənin pedaqoji yanaşması uşaqları ruhlandıran, onlara özlərini ifadə etmək fürsəti verən humanist bir modeldir. Onun təşkil etdiyi dərsdənkənar tədbirlər, sənətkarlarla görüşlər, muzey gəzintiləri şagirdlərin dünyagörüşünü daha da artırır və onları yaradıcı düşüncəyə təşviq edir.
Məhz bu məqsədlə təşkil olunan ən dəyərli tədbirlərdən biri də Azərbaycan Respublikasının Xalq Rəssamı, professor, “Şöhrət” ordenli Arif Hüseynovun emalatxanasına təşkil edilən səfər oldu. Arif Hüseynov Azərbaycan təsviri sənətinin canlı klassiklərindən biri olaraq yaradıcılığı, milli ruhu əks etdirən obrazları, dərin ideya yükü daşıyan əsərləri ilə tanınır. Onun emalatxanası şagirdlər üçün sadəcə bir iş məkanı deyil, incəsənətin iç nəfəsini hiss edəcəkləri, əsərlərin doğulduğu atmosferi görəcəkləri canlı bir yaradıcılıq məkanıdır. Şagirdlər emalatxananın hər guşəsinə maraqla baxaraq rəssamın iş prosesi, istifadə etdiyi texnika, yaradıcılıq fəlsəfəsi və Azərbaycan təsviri sənətindəki mövqeyi haqqında öz dilindən məlumat aldılar. Arif Hüseynovun emalatxanası şagirdlərin gözündə sanki kiçik bir muzeyə çevrilərək onları rənglərin, obrazların və yaradıcılıq ruhunun sehrinə qərq etdi. Şagirdlər gördükləri əsərlərin ruhunu duyaraq təsviri incəsənətin yalnız nəzəriyyədən ibarət olmadığını, onun həyatla nəfəs aldığını hiss etdilər. Uşaqların üzlərindəki maraq, gözlərindəki parıltı və rəssama ünvanladıqları suallar onların bu görüşdən qidalandıqlarını göstərirdi. Bu tədbir onların yaddaşında təkcə bir ekskursiya deyil, gələcək baxışlarına təsir edən ilham olub, dünyagörüşlərini daha da genişləndirərək milli dəyərlərə bağlılığı möhkəmləndirdi. Bu cür görüşlər mədəniyyətimizin gələcək nəsillərə sevgi ilə ötürülməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Təranə müəllimin göstərdiyi bu təşəbbüslər bir daha sübut edir ki, uşaqlarda istedadın inkişafı təkcə sinifdə keçirilən dərslərlə deyil, eyni zamanda onları real yaradıcılıq mühitinə çıxarmaqla mümkündür. Sənətkarla canlı ünsiyyət, onun yaratdığı atmosferi hiss etmək uşaqların həm təfəkkürünü zənginləşdirir, həm də gələcək yol seçimlərinə müsbət təsir göstərir.
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyinin bu təşəbbüsü gənc nəslin təhsil və yaradıcı potensialını, intellektual inkişafına yönəlmiş nümunəvi bir addım kimi xüsusi dəyərləndirilə bilər. Bu prosesin mərkəzində isə şagirdlər durur. Hansı ki, gələcəyin sənətkarları, alimləri, yaradıcı düşüncəli vətəndaşları. Onlara göstərilən dəstək, yaradılan şərait və verilən stimul Azərbaycanın sabahına qoyulan ən qiymətli sərmayədir.

Ziyarət Cabarova Qəhrəmanova
Sənətşünas,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kitablar səltənətinin inciləri: Məmməd Araz

Kitablar səltənətinin inciləri: Məmməd Araz

John Doe 19 saat əvvəl

LDU-nun müəllimi elmi dərəcə alıb

LDU-nun müəllimi elmi dərəcə alıb

John Doe 1 gün əvvəl

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirildi

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirildi

John Doe 1 həftə əvvəl

Azərbaycanda şagirdlər üçün oyun əsaslı öyrənməyə start verilir

Azərbaycanda şagirdlər üçün oyun əsaslı öyrənməyə start verilir

John Doe 2 həftə əvvəl

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

John Doe 2 həftə əvvəl

Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”

Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com