Sərbəst güləşçilərimiz də Türkiyəyə yollanıblar
Yunan-Roma güləşi üzrə yığma komandamızın ardından sərbəst güləşçilərimiz də Türkiyəyə təlim-məşq toplanışına (TMT) yollanıblar. AGF-dan verilən məlumata görə, Kastamonu şəhərində yerli komandayla birgə toplanış avqustun 20-dək davam edəcək. Qeyd edək ki, baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər - Şərif Şərifov və Taymuraz kKokoyevin rəhbərliyi altında startı verilən və qarşıdakı dünya çempionatına hazırliq xarakteri daşıyan TMT-ya 20 güləşçi cəlb edilib.
Bu 20-likdə isə İslam Bazarqanov, Məhəmmədəli Əlizadə ( hər ikisi 57 kq), Nurəddin Novruzov, Ceyhun Allahverdiyev ( hər ikisi 61 kq), Əli Rəhimzadə, Ruslan Abdullayev, Murad Haqverdiyev (hamısı 71 kq), Turan Bayramov, Maqomed-Basir Xaniyev (hər ikisi 74 kq), Fərid Cabbarov, Cəbrayıl Hacıyev (hər ikisi 79 kq), Arseniy Djioyev, Ali Tsokayev (hər ikisi 86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov, Zəfər Əliyev (hər ikisi 97 kq), Xetaq Karsanov və Giorgi Meşvildişvili (hər ikisi 125 kq) yer alıb.
TMT-də əsasən güləşçilərin fiziki və eləcə də taktiki-texniki hazırlığına üstünlük veriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.