Klassiklərimiz Türkiyəyə yollanıblar
Azərbaycanın yunan-Roma güləşi üzrə kişilərdən ibarət yığma komandası dünən baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında Türkiyəyə təlim-məşq toplanışına (TMT) yollanıb. AGF-dən verilən məlumata görə, sozugedən TMT Türkiyə Güləş Federasiyasının İstanbulun Sariyer yaşayış məntəqəsində yerləşən təlim-məşq bazasında təşkil edilib. Yeri gəlmişkən, Türkiyə millisi ilə birgə təşkil edilən və iki həftə davam edəcəyi nəzərdə tutulan bu toplanış qarşıdakı dünya çempionatına hazırlıq xarakteri daşıyır. Toplantıya tanınmış klassiklərdən Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov (hamısı 55 kq), Nihad Məmmədli, Hüseyn Qəribov, İlkin Qurbanov, Nihad Quluzadə (hamısı 60 kq), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hər üçü 67 kq) Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov, Laçın Vəliyev (hər ikisi 97 kq) Sərxan Məmmədov və Beka Kandelaki (hər ikisi 130 kq) cəlb edilib.
TMT-də idmançıların fiziki və eləcə də taktiki-texniki hazırlığına fikir veriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.