Cüdoçularımız AK-yə 4 medalla başlayıblar
Şimali Makedoniyada Azərbaycan finalı
Dünən Şımali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kubokuna start verilib. 26 ölkəni təmsil edən 226 cüdoçumuz mübarizə apardığı turnirin start günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, həmin gün tatamiyə çıxan cüdoçularımızdan dördü daha yaxşı güləşərək mükafatçılar sırasında yer alıb. Medallardan ikisi qızıl, biri gümüş, digəri isə bürünc əyarlı olub.
Ən maraqlı məqam isə 60 kq-da Azərbaycan finalının baş tutması olub. Bu çəkidə final görüşünə çıxan cüdoçularımızdan Nihad Məmişov öz komanda yoldaşı Fərid Qarayevdən gücü olub və qızıl medala layiq görülüb. Fərid isə gümüşlə kifayətlənib. Daha bir qızıl medalı Əbil Yusubov (73 kq) qazanıb. Günün bürünc medalının sahibi isə Məhəmməd Musayev (66 kq) olub.
Beləliklə, ilk yarış günündən sonra Azərbaycan 4 medalla ikinci pillədə yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.