Sərbəst güləş üzrə U-17-miz DÇ-da dördüncü olub
Yunanıstanın paytaxtı Afinada 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi dünya çempionatına sərbəst güləşçilərin çıxışı ilə yekun vurulub. Çempionatın sayca 7-ci olan son günü 4 təmsilçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılıb. Onlardan yalnız ikisi - Həsən Həsənov (60 kq) və Səid Paşayev (92 kq) daha uğurla çıxış edərək bürünc medal qazanıb. Həsənov bürünc medal uğrunda kiçik finalda kanadalı Natan Naşa 5:4, Səid Paşayev isə qazaxistanli Beibaris Yerqaliyə 5:3 hesabla qalib gəlib.
Xatırladaq ki, çempionatın 6-ci günündə isə Hüseyn İsmayılov (65 kq) qızıl, Hakim Taqiyevsə (110 kq) bürünc medal qazanıb.
Bununla da Azərbaycanin sərbəst güləş üzrə U-17 millisi 4 (1-0-0) medal və 90 xalla komanda hesabında ABŞ (154 xal), İran (150 xal) və Qazaxıstan (91 xal) komandasından sonra dördüncü yeri tutub.
Yeri gəlmişkən, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması isə bir dəst (1-1-1) medalla Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.