13 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Beyrut ABŞ-İran danışıqlarında hər hansı bir iştirakını rədd edib

Beyrut ABŞ-İran danışıqlarında hər hansı bir iştirakını rədd edib

Azərbaycan və Portuqaliya səfirlik mübadiləsi aparacaq

Azərbaycan və Portuqaliya səfirlik mübadiləsi aparacaq

Ərdoğan: "İsrail hazırkı liderlik dövründə xaos, qan və göz yaşı gətirir"

Ərdoğan: "İsrail hazırkı liderlik dövründə xaos, qan və göz yaşı gətirir"

Ermənistan KTMT-dən çıxarılacaq

Ermənistan KTMT-dən çıxarılacaq

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. Region
MEDIA DƏSTƏYİMİZ Mədəniyyət Region

Gənc şair Samitin şeirləri

10 ay əvvəl 724 01

Gənc şair Samitin şeirləri

“AZpress.TIMES.info” gənc şair Samit Nuriyevin şeirlərini oxuculara təqdim edir.

Nuriyev Samit Şahlar oğlu 1987-ci ildə Masallı rayonunun Qodman kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsini bitirib. 2009-cu ildən şəhid Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbində müəllim işləyir.
Məktəb illərindən yaradıcılıqla məşğul olan Samitin şeirləri respublikanın qəzet, jurnal və almanaxlarında dərc edilib.

RUHUN ƏKİZİ

Bu qədər uzağıq, bu qədər yaxın,
Səni unutmağa çatarmı vaxtım?
Dolum gözlərinə, qəlbinə axım,
Dilinin kəlməsi, hər sözü olum...

Üzümü görəndə üzün gülərsə,
Bu eşqin qoxusu sənə gələrsə...
Ömrünün gecəsi bir an dilərsə
Ömrünün günəşli gündüzü olum...

Vaxtı düz bölmədik, qalıq saxladıq,
Həsrəti ayıltdıq, oyaq saxladıq...
Dəmir qapıları bərk-bərk bağladıq,
Taxta qapınınmı əzizi olum?

Hicranın çəkisin ölçək,deyirsən -
Ən gözəl yuxusan, gerçək deyilsən.
Sən ki, öz ruhundan göyçək deyilsən,
Qoy sənin ruhunun əkizi olum...

SƏNİN GÜLÜŞLƏRİN

Siyah saçın yana düşər,
Od baxışın cana düşər.
Həzin-həzin, qana düşər
Sənin gülüşlərin...

Gah uzaqsan, gah da yaxın,
Arasında varın-yoxun...
Dolur içimə axın-axın
Sənin gülüşlərin...

İçimdədir səbr, dözüm,
Yola baxar sonsuz, gözüm.
İncə-incə, düzüm-düzüm
Sənin gülüşlərin...

Deməsəm də sözü sənə,
Ürək açır özü sənə...
Dayanma, gülümsənə...
Sənin gülüşlərin....

PƏNCƏRƏ

O pəncərə tozlu idi,
Sən yaz yağışıtək yudun o çirki...
Sən oldun bu təzə-tər ürəyimin
Arzusu, sevinci, kədəri, ilki...

O pəncərədə qaranlıq,
Sən gəldin-işığa büründü bil ki...
Sən ki, hiss etmədin bu çırpıntımı,
Gözlərim dalınca süründü bil ki...

O pəncərə sınmaq üzrə -
Vəhşi küləklərin içində təkdim,
Hopdun varlığıma bir an içində,
Səni ürəyimə, içimə çəkdim...

İndi pəncərəmdə sənin xəyalın...
İtməz ki, getməz ki, o iyin, qoxun...
Sən də düşündünmü qara gözləri?
Barı xəyalında üzümə toxun...

BİR ŞƏKİL

Bir şəklin sehrinə düşüb
Tutub əlimdə saxlaram...
Baxışları ürəyimə
Çilənəcək aram-aram...

Bir şəklin sehrinə düşüb
Titrəyəcək barmaqlar da...
Qəlbimdəki həyəcanlar
Əksin tapar varaqlarda...

Bir şəklin sehrinə düşüb
Qərq olaram min sevincə...
Təbəssümü saçılacaq
Həzin-həzin, incə-incə...

Bir şəklin sehrinə düşüb
Məsafələr qısalacaq...
Sevinc-kədər göz yaşları
Kipriyimdən asılacaq...

Bir şəklin sehrinə düşüb
Əllərini duya bilsəm...
Ay həyatımın sultanı
Gözlərindən doya bilsəm,
Sonra rahat olub ölsəm...

SƏNDƏN UZAQLARDA

Səndən uzaqlarda daha yaxşıyam -
Səndən uzaqlarda daha yaxınsan...
Gəl danışım sənə sənsiz anları -
Gəl mənim ruhuma otur yaxın sən.

Göylərdə izləyib xoş xəyalını,
Fikirlər içində yarışaram mən.
Hər gecə yuxumda qonaq kimisən,
Hər səhər yuxumu danışaram mən.

Bu sonsuz səmada süzmək istərəm,
Həsrət qanad qırar, düşürər məni.
Bu isti havanın, bu isti günün
İsti şüası da üşüdər məni.

Səndən uzaqlarda daha yaxşıyam -
Sevincin, kədərin fərqi olmaz ki...
Sənə ha danışım sənsiz günləri -
"Quyuya ha su tök, quyu dolmaz ki"...

BALACA KAĞIZ

Bir kağız parçası səndən yadigar -
Balaca-əl içi boyda...
Neçə-neçə rəng var o kağız parçasında -
Taleyin kimi rəngbərəng...
Qoxunu içimə çəkdim o kağızdan,
Balaca bir təyyarə bükdüm o kağızdan...
Sənə çatar deyə, sənə uçar deyə...
Amma həsrət küləkləri onu geri gətirdi,
Uça bilmədi o təyyarə,
Sığdırdı məni sənsizlik boyda bir dairəyə...

SƏNƏ BİR AZ SƏNDƏN DEYİM

Sənə bir az səndən deyim -
Gözlərində səssiz kədər,
Azca, həzin təbəssümün
Zərif olar sənin qədər...

Sənə bir az səndən deyim -
Yanaqların Ay parçası...
Səni qələm yaza bilməz,
Çəkməz rəssamın fırçası...

Sənə bir az səndən deyim-
Ürəyində kin olmaz ki...
Sənlə keçən yuxularım
Sabah-sabah çin olmaz ki...

Sənə bir az səndən deyim -
Hər zərrəndə bir işıq var,
Cismin cazibəsi heçdir -
Ruhunda da yaraşıq var!

Sənə bir az səndən deyim -
Ya danışım ürəyinlə...
Gözlərimlə dediyimi
Şirin nəğmə kimi dinlə...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

John Doe 2 gün əvvəl

"Qərbi Azərbaycan İrsi Məktəblərdə” mövzusunda tədbir keçirilib

"Qərbi Azərbaycan İrsi Məktəblərdə” mövzusunda tədbir keçirilib

John Doe 2 gün əvvəl

Ağcabədidə kənd təsərrüfatının inkişafı ilə bağlı toplantı keçirilib

Ağcabədidə kənd təsərrüfatının inkişafı ilə bağlı toplantı keçirilib

John Doe 1 həftə əvvəl

Ağcabədidə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olundu +FOTO=30

Ağcabədidə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olundu +FOTO=30

John Doe 1 həftə əvvəl

AĞCABƏDİDƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ YARADICILIQ FESTİVALI KEÇİRİLİB

AĞCABƏDİDƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ YARADICILIQ FESTİVALI KEÇİRİLİB

John Doe 1 həftə əvvəl

İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik et...

7 iyun 2026 14:37:00
• Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi}

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

7 iyun 2026 14:32:51
• İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33}

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştira...

3 iyun 2026 15:59:51
• İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib +VİDEO/FOTO=77}

İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində...

2 iyun 2026 18:29:54
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com