İspaniya Fransanı məğlub edərək Millətlər Liqasının finalına yüksəlib
UEFA Millətlər Liqasının 2024/2025-ci il mövsümünün yarımfinal mərhələsinin İspaniya və Fransa yığmaları arasında keçirilən ikinci oyunu başa çatıb. Oyun Ştutqartdakı (Almaniya) “Ştutqart Arena”da baş tutub. Matçın baş hakimi qismində Maykl Oliver çıxış edib. Qarşılaşma 5:4 hesabı ilə "La Furia Roja"nın xeyrinə başa çatıb.
23-cü dəqiqədə hesabı İspaniya millisinin hücumçusu Niko Uilyams açıb. Üç dəqiqə sonra İspaniya millisinin üstünlüyünü yarımmüdafiəçi Mikel Merino gücləndirib.
54-cü dəqiqədə İspaniya millisinin cinah yarımmüdafiəçisi Lamin Yamal penaltidən fərqlənərək hesabı darmadağın edib. Bir dəqiqə sonra nominal ev sahiblərinin yarımmüdafiəçisi Pedri qola imza atıb. 59-cu dəqiqədə Fransa millisinin hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirərək fərqi azaldıb. İkinci hissənin ortalarında Yamal dubla imza atıb. 79-cu dəqiqədə Fransa millisinin yarımmüdafiəçisi Rayan Çerki matçda ikinci qolunu vurub. Matçın sonunda Furia Rojanın müdafiəçisi Dani Vivian öz qapısına qol vurub. İkinci hissəyə əlavə olunmuş dəqiqədə hücumçu Randal Kolo Muani “üçrənglilər”in heyətində daha bir qola imza atıb.
Millətlər Liqasının finalında İspaniya Portuqaliya ilə, Fransa isə üçüncü yer uğrunda Almaniya ilə mübarizə aparacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.