Masallıda Müstəqillik Günü ilə bağlı tədbir keçirilib
Masallı rayonunda 28 May - Müstəqillik Günü münasibətilə “Müstəqil və qüdrətli Azərbaycan” mövzusunda tədbir keçirilib.
“AZpress.AZ” İnformasiya Agentliyi xəbər verir ki, Bayraq Meydanında təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Rəmzləri Muzeyinə baxış, rəsm və kitab sərgisi ilə tanışlıqdan sonra tədbir Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, 1918-ci ildə qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi: “Lakin ölkənin öz neftini xarici bazarlara çıxarmaqdan təcrid edilməsi nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran güclənirdi. Həmçinin parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. İrəvanın ermənilərə paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son 8 iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi.
Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Mühüm geostrateji mövqe və karbohidrogen ehtiyatlarla zənginlik kimi vacib üstünlüklərə sahib olan Azərbaycanın bu imkanlardan dövlətçilik maraqlarının təmin olunması prizmasından bəhrələnməsi günümüzün reallığıdır. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Bütün bunlar əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədi və sarsılmazdır.”
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayon Ağsaqqallar Şurasının Masallı şəhər üzrə nümayəndəsi Fəxrəddin Talıbov, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova çıxış edərək bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.
Tədbirin bədii hissəsində məktəblilər şeirlər səsləndirib, mahnılar ifa ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.