UEFA Avropa çempionatını başqa ölkəyə köçürə bilər
UEFA futzal üzrə 2026-cı il Avropa çempionatının başqa ölkəyə keçirilməsini nəzərdən keçirir.
Bu, Litva və Latviyanın Belarus yığmasını öz ərazisində qəbul etməkdən imtina etməsi ilə bağlıdır.
UEFA futzal üzrə Avro-2026-nın 2026-cı il yanvarın 18-dən fevralın 8-dək Riqa və Kaunasda keçirilməsi planlaşdırılır. Belarus komandası seçmə qrupda birinci yeri tutaraq turnirdə iştirakına zəmanət verib.
“Litva Futbol Federasiyası Latviya və Ukrayna futbol federasiyaları ilə birlikdə Belarus idmançılarının futzal üzrə Avropa çempionatında iştirakı ilə bağlı yaranmış vəziyyətlə fəal məşğul olur”, - Litva Futbol Federasiyasının rəhbəri Edqars Stankeviçius bildirib. - Litva tərəfi hazırda ölkəmizin qurumları ilə danışıqlar aparır, çünki bu ölkədən idmançıların Litva ərazisinə girişini qadağan edən qanunla bağlı dövlət dəstəyinə ehtiyac var. UEFA ilə də danışıqlar aparılır. Lazımi cavablar alınan kimi Litva, Latviya və Ukrayna federasiyaları öz qərarlarını açıqlayacaqlar ki, bu da çox çətin olacaq".
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.