"PSJ" Mbappedən 98 milyon avro tələb edir
Fransanın "Paris Saint-Germain" klubu İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kilian Mbappeni məhkəməyə verib, 98 milyon avro təzminat tələb edib.
Aprel ayında Mbappenin vəkilləri forvardın borc kimi toplamaq istədiyi Paris klubunun bank hesablarında olan 55 milyon avronun dondurulmasına nail olublar.
Bazar ertəsi keçirilən məhkəmə iclasında "PSJ"nin vəkilləri Mbappenin "borca dair kifayət qədər sübut təqdim etmədiyi və ya geri qaytarılma təhlükəsi nümayiş etdirmədiyi" qənaətinə gəliblər. Paris tərəfi onu da qeyd edib ki, Mbappenin özü kluba 98 milyon avro borcludur.
Klubun vəkili Renaud Semerdjian, "Mbappenin ona ziyan vuran gecikdirmə taktikası nəticəsində "PSJ"yə borcu var. Məqsəd 98 milyon avronu geri almaq deyil, Mbappenin bizə borcu varsa, onun iddialarının əsassız olduğunu göstərməkdir".
İş üzrə məhkəmə iclası mayın 26-da davam etdiriləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.