Ceydon Sançoya üç "elçi" birdən düşüb
"Mançester Yunayted" klubunun 23 yaşlı yarımmüdafiəçisi, ötən ilin sentyabr ayında baş məşqçi Erik ten Xaq ilə arasında konflikt yaranandan sonra heyətdə görünməyən Ceydon Sançoya üç "elçi" birdən düşüb. "The Teleqraph"ın yaydığı məlumata görə, Almaniyanın "Borussiya" (Dortmund) və "Leypsiq", eləcə də İtaliyanın "Yuventus"u Ceydonu heyətində görmək istəyir. Bu arada məlum olub ki, Ceydon özü də lap tezliklə "MYu"nu tərk etmək istəyir.
Xatırladaq ki, haqqında bəhs etdiyimiz futbolçunu "MYu" 2022-ci ilin yayında 85 milyon avroya məhz Dortmund "Borussiya"sından alıb. İndiyədək "MYu"nun heyətində cəmi 3 dəfə meydana çıxan Sanço heç nə ilə yadda qalmayıb. Qeyd edək ki, "Qırmızı şeytanlar"la 2026-cı ilin yayına qədər müqaviləsi olan Sanconu "Transfermarkt" portalı 25 milyon avro civarında qiymətləndirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.