Kilian Mbappe Madriddə özünə ev kirayələyib
"El Chiringuito" nəşrinin verdiyi xəbərə görə, Fransanın "PSJ" klubunun 25 yaşlı forvardı Kilian Mbappe İspaniyanın paytaxtı Madriddə özünə kirayə ev tutub. Bu isə fransalı forvardın Madrid "Real"ına keçməsinə hazırlıq kimi qəbul edilir. Mənbənin verdiyi məlumata görə, Mbappe birbaşa "Kral klubu"nun prezidenti Florentino Pereslə əlaqə saxlayır. Yanvarın 1-də isə Madrid təmsilçisi ciddi şəkildə ona təklif edib və futbolçunun transferi üçün konkret olaraq yanvarın ortasına qədər qərar verməsini istəyib.
Xatırladaq ki, Mbappenin "PSJ"lə qüvvədə olan müqaviləsi 2024-cü ilin yayında bitəcək. "Transfermarkt" portalının 180 milyon avro civarında dəyərləndirdiyi Mbappe cari mövsümdə 22 oyun keçirib və 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.