Güləşçilərimiz ilin ilk reytinq xarakterli turnirinə qatılacaqlar
Yanvarın 10-dan 15-dək Xorvatiyanın paytaxtı Zaqrebdə idman güləşi üzrə mövsümün ilk reytinq xarakterli beynəlxalq turniri keçiriləcək. Ümumdünya Güləş Birliyinin (UWW) təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan bu turnirdə Azərbaycan güləşçiləri də iştirak edəcəklər. Azərbaycan güləş Federasiyasından verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə 28 idmançı ilə təmsil olunacaq.
Sərbəsat güləş üzrə yarışda güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Arseniy Cioyev, Osman Nurməmmədov (hər ikisi 86 kq), Georgiy Meşvildişvili və Vahid Qalayev (hər ikisi 125 kq) döşək üzərinə çıxaraq, medallar uğrunda mübarizə aparacaq.
Yunan-Roma güləşi üzrə yarışda Eldəniz Əzizli (55 kq), Nihad Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Xasay Həsənli, Sənan Süleymanov (hər ikisi 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murat Lokyaev, Murad Əhmədiyev (hər ikisi 97 kq) Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) medal qazanmağa çalışacaq.
Qadınlar arasında isə Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alena Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) nəyə qadir olduğunu nümayiş etdirəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.