“Prezident Kuboku-2025” reqatasının bağlanış mərasimi olub
Mingəçevirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş avarçəkmə, kanoe və kayak üzrə “Prezident Kuboku-2025” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib.
“Kür” Olimpiya Təlim-İdman Mərkəzində baş tutan tədbirdə qalib komandalara kuboklar təqdim olunub.
Kanoe və kayak idmanlarında Özbəkistan komandası, avarçəkmə yarışlarında isə Gürcüstan komandası kuboku qazanıb.
Mərasim şou nömrələri və məşhur rəqs qruplarının çıxışları ilə mədəni proqramla başa çatıb.
Turnir bayram atəşfəşanlığı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan komandası yarışda 15 medal qazanıb: 1 qızıl, 7 gümüş və 7 bürünc. Turnirdə Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 200-dən çox idmançı iştirak edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.