Qızlardan ibarət U-20 yığmamız EEVZA çempionatına qatılacaq
3-7 yanvar günlərində Şyaulyayda (Litva) 20 yaşlı voleybolçu qızlar (U-20) arasında EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatı keçiriləcək. Avro-2024-ə seçmə xarakteri daşıyan bu turnirdə baş məşqçisi türkiyəli mütəxəssis Şahin Çatma olan Azərbaycan komandası da iştirak edəcək. Heyəti 14 voleybolcudan ibarət olan yığmamız yanvarın 2-də Litvaya uçacaq və ertəsi gün Estoniyaya qarşı ilk matçını keçirəcək. Yanvarın 4-də Latviya ilə qarşılaşacaq komandamız yanvarın 5-də Ukrayna, 6-da ev sahibi Litva, 7-də isə Polşa ilə üzləşəcək.
Reqlamentə görə, çempionatda ilk yeri tutan komanda Avro-2024-ə birbaşa vəsiqə qazanacaq.
Yeri gəlmişkən, oğlanların analoji yarışı isə 10-14 yanvar günlərində keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.