Hümbət Quliyev:
Yeni ilin ilk günü haqda və ya keçən ilin incikliklərini bu ilə daşıyaqmı?
(esse)
Dönüb keçən ilə baxın. Görün ki, nə qədər insandan incimisiniz.
Valideynlərinizdən, dostlarınızdan, ətrafdakılardan, hökumətdən…
Siyahini davam etmək olar.
Ən maraqlısı da odur ki, sadaladıqlarınızın, çox vaxt, sizin incikliklərinizdən xəbəri belə olmur, bu sadəcə sizin özünüzlə gündəlik apardığınız səmərəsiz bir dialoqdur. Xarab olmuş val kimi beyninizdə fırlayırsınız: o bunu niyə dedi, o bunu niyə etdi, bunu deməməli idi. Bu nə cəmiyyətdir? Bu nə hökumətdir?
İndi hər incikliyi ətəyinizə qoyduğunuz bir daş hesab edin. İndi özünüzə qıraqdan baxın, nə görürsünüz? Ətəyinə çoxlu daş yığıb gecə- gündüz gəzdirən insan. Müsbət enerjinizi, yaxşı əhvalınızı korlayan daşlar. Nə etməli? İlk olaraq dərk edin ki, inciklikləriniz yalnız özünüzə aid bir şeydir və yalnız özünüz öz inciklərinizdən xilas ola bilərsiniz.
Ətəyinizdəki daşları bir- bir götürüb baxın. Filankas bunu deyib? Qəbul edin ki, axmaqdır ki, deyib. Ya da ki, qanmayıb deyib. Hökumət də elə hər yerdə eynidir. Cəmiyyət də heç vaxt ideal olmayacaq. Bunları deyə- deyə daşları elə bu gün bir- bir atın və ən vacibi, hamını bağışlayın və bu yeni gəlmiş ilə təmiz qəlb və nikbin zehniyyatla başlayın.
Ümumiyyətlə insanlardan inciyəndə təbiətə gedin, ağaclarda, dənizdə, səmada nə qədər sakitlik, hüzur var. Hələ gözəl güllər, çiçəklər…
Yadınızda saxlayın ki, sizin bircə həyatınız var, onu da xoş hisslərlə yaşamağa çalışmalısınız.
Hamıya uğurlar!
Yeni iliniz mübarək olsun!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.