Çempionlar Liqasının yarımfinal cütlükləri müəyyənləşib
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının nəticələrinə əsasən yarımfinal cütlükləri müəyyənləşib.
Çempionlar Liqasının yarımfinal mərhələsi:
Arsenal (İngiltərə) - Paris Saint-Germain (Fransa);
"Barselona" (İspaniya) - "İnter" (İtaliya).
İlk oyunlar 29-30 aprel, cavab görüşləri 6-7 may tarixlərində keçiriləcək.
Çərşənbə günü, aprelin 16-da "Arsenal" səfərdə İspaniyanın "Real Madrid"inə 2:1 (ümumi 5:1) hesabı ilə qalib gəlib, "İnter" isə evdə Almaniyanın "Bavariya"sı ilə heç-heçə edib (ümumi 2:2, 4:3).
Xatırladaq ki, dünən Fransanın "Paris Sen-Jermen" və Kataloniya "Barselona"sı 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanan ilk komanda olub. Hər iki komanda cavab görüşlərində məğlub olsa da, ümumi hesabda növbəti mərhələyə adlayıb.
“Barselona” səfərdə “Borussiya Dortmund”a uduzsa da (1:3), evdə darmadağın etdiyi (4:0) sayəsində yarımfinala yüksəlib. İki top fərqi ilə öndə olan PSJ səfərdə "Aston Villa"ya uduzub (2:3), lakin doğma meydanda qazandıqları üstünlük (3:1) turnirdə iştirakını davam etdirmək üçün kifayət edib.
Ötən mövsüm Çempionlar Liqasının qalibi Real Madrid olub. Son yarışın finalında “qaymaqlılar” Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib. Qolları "Real Madrid"in müdafiəçisi Daniel Karvaxal və yarımmüdafiəçi Vinisius Junior vurub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.